Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Ən iri neft ölkəsində "sıfıra yaxın" iqtisadi artım

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ən iri neft ölkəsində "sıfıra yaxın" iqtisadi artım
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq Valyuta Fonduna (BVF) görə, Səudiyyə Ərəbistanı, aşağı neft gəlirləri səbəbiylə bütün il "sıfıra yaxın" iqtisadi artım səviyyəsində qalacağını açıqlayıb.


 
"Marja" xəbər verir ki, BVF, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) hasilatı azaltması, neft qiymətlərindəki qeyri-müəyyənlik və ölkənin neft asılılığını azaltmaq üçün digər sahələrdə islahatlar nəzərə alınmaqla hesablama aparıb. Hesablamanın nəticəsində Səudiyyə Ərəbistanının 2017-ci il iqtisadi inkişaf ehtimalı 0,4%-dən  0,1%-ə endirilib.
 

Vəliəhd Şahzadə Məhəmməd İbn Salmanın arxasında olduğu islahat paketinin büdcə kəsirini bağlamağa kömək edə biləcəyini deyən BVF, qeyri-neft sektorunun inkişafının bu il başlayacağını, ümumi inkişafın da orta perspektivdə möhkəmlənəcəyini bildirib.


 
Beynəlxalq Valyuta Fondu, keçən il 17,2%-ə çatan büdcə kəsirinin ümumi daxili məhsula nisbətinin 2017-də 9,3%-ə, 2022-də 1%-dən aşağı düşəcəyini açıqlayıb.


 
 BVF həmçinin açıqlamasında, ölkənin istifadə etdiyi sabit dollar məzənəsinin mövcud iqtisadi vəziyyət nəzərə alındıqda uyğun olduğunu bildirib. 

25.07.2017 06:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ