Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dollar 65 rubla qədər bahalaşa bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar 65 rubla qədər bahalaşa bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiyada ABŞ dollarının məzənnəsinin qısa müddətdə dar diapazonda dalğalanması proqnozlaşdırılsa da, artıq payızda məzənnənin 65 rubla qədər yüksələcəyi gözlənilir.

 

Belə bir proqnoz "RİA Novosti" agentliyinin analitiklər arasında apardığı sorğunun nəticələri əsasında formalaşıb.

 

Ekspertlər bildiriblər ki, dolların məzənnəsinin yüksəlməsinə əsas səbəb geosiyasi risklərin artması amilidir.

 

"Nordea Bank"ın analitiki Denis Davıdov bildirib ki, hazırda vergi ödənişləri dövrü və neft qiymətlərinin nisbətən yüksək səviyyəsinə baxmayaraq, dolların məzənnəsi möhkəmlənir. Buna səbəb kimi ekspert ABŞ tərəfindən Rusiyaya qarşı yeni sanksiyaların böyük ehtimalla yaxın zamanlarda Prezident Donald Tramp tərəfindən imzalanacağı amilini göstərib. Davıdov qeyd edib ki, Amerika biznesinin xahişlərinə baxmayaraq, energetika sektoruna, xüsusilə də "Şimal axını-2" layihəsinə sanksiyalar qüvvədə saxlanılıb.


"VTB24"-ün analitiki Aleksey Mixeyevin fikrincə, payız aylarında mövsümi amillər səbəbindən neftə tələbat azalacaq və qiymətlər aşağı enəcək ki, bu da dolların məzənnəsini 63-65 rubla qədər artıra bilər. 

 

© Report

25.07.2017 08:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ