Kapital Bank ənənəvi “Təhsil avtobusu” layihəsinin rəsmi tərəfdaşıdır
Kapital Bank “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində “Təhsil avtobusu” adlı Yay Məktəbi layihəsinin rəsmi tərəfdaşıdır.
Layihə ilə bağlı keçirilən tədbirdə Təhsil Nazirinin müavini Firudin Qurbanov və digər qonaqlar iştirak edib. Layihə 31 iyul 2017-ci il tarixinədək davam edəcək.
“Təhsil avtobusu” adlı Yay Məktəbi Quba, Masallı, Sabirabad, Gəncə, Mingəçevir, Zaqatala, İsmayıllı və Bakı şəhərləri üzrə təhsil marafonuna çıxıb. Marafonda iştirak edən gənclər karyera və fərdi inkişaf təlimlərində iştirak edəcəklər.
Qeyd edək ki, “Azərbaycan üçün öyrət” təhsil proqramı ölkənin təhsil strategiyasına uyğun olaraq, keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 17 d. əvvəl
- 21 d. əvvəl
-
23 d. əvvəl
AQTA “ekspertlər” barəsində hüquq-mühafizə orqanlarına müraciət edəcək
- 30 d. əvvəl
-
33 d. əvvəl
"Şərq-Qərb" ASC-nin rəhbərliyi növbəti müddətə təyin ediləcək
-
50 d. əvvəl
Təmir və quraşdırma şirkəti ötən il 2 milyon manatdan çox xalis mənfəət əldə edib
- 58 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın polad istehsalı zavodunun xalis mənfəəti 3 dəfədən çox azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Əliyev: "Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir"