Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

44 min hektar aqroparkların nəzarətinə keçdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
44 min hektar aqroparkların nəzarətinə keçdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılması davam etdirilir.

 

Reklam_3_11

Marja” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyində keçirilmiş kollegiya iclasında İqtisadiyyat naziri, Şahin Mustafayev bildirib.

 

Qeyd edilib ki, 20 rayon ərazisində 44 min hektar sahədə 32 iri fermer təsərrüfatı yaradılmışdır.

 

Dəyəri 193 milyon manat olan bu iri fermer təsərrüfatlarının yaradılmasına 70.5 milyon manat güzəştli kredit verilmişdir.

 

Bu təsərrüfatlarda məhsuldarlıq arpa və buğda üzrə hər hektardan 60, qarğıdalıda 120, soyada isə 35 sentnerədək təşkil edir.

 

Hazırda qabaqcıl texnologiyalara əsaslanan istehsal və emal sahələrinin qurulması, infrastrukturun təkmilləşdirilməsi, eyni zamanda yeni aqroparkların yaradılması istiqamətində işlər davam etdirilir.

 

Xaçmaz rayonunda Yalama aqroparkında 1-ci mərhələ üzrə işlər başa çatdırılmış və Şəmkir aqroparkında 1-ci mərhələ üzrə işlər davam etdirilir.

 

Bundan əlavə, Samux, Goranboy, Ağcabədi, Şabran, Salyan, Şamaxı, Füzuli, Cəlilabad və İsmayıllı rayonlarında da aqroparklar yaradılır.

 

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 207 milyon manat olan bu aqroparkların yaradılmasına 76,1 milyon manat güzəştli kredit verilmişdir.

 

Hazırda 157,6 min hektar ərazidə 38 aqroparkın, o cümlədən 12 rayonda 37,3 min hektar ərazidə 14 müasir cins heyvandarlıq kompleksinin (yem bazası ilə birlikdə) və 17 rayonda 120,3 min hektar ərazidə 24 iri taxılçılıq təsərrüfatının yaradılması təşviq olunur.

 

"Bu tədbirlər regionlarda ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalının artmasına, sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə səbəb olacaqdır".

25.07.2017 11:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ