Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Neftdə son üç ildə ilk illik bahalaşma

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neftdə son üç ildə ilk illik bahalaşma
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft, OPEC və digər iri istehsalçı ölkələrin bazara sabitlik qazandırmaq və qlobal ehtiyatları azaltmaq üçün gələn ay başlayacaqları hasilatın azaldılması öncəsi, son üç ildə ilk illik qazancını reallaşdırmağa yönəlib.


 
Enerji İnformasiya İdarəsinin (EIA) məlumatına görə, ABŞ-da neft ehtiyatları ötən həftə 614,000 barel artıb. Bu, Yanvar ayından bu yana ən aşağı artımdır. Bloomberg-in sorğusuna qatılan analitiklərin proqnozlarına görə, ehtiyatların 1.5 milyon barrel aşağı düşməsi gözlənilirdi. Özəl sektorun açıqladığı məlumatlara görə, ehtiyatlar 4.2 milyon barel artım göstərmişdi.

Reklam_3_11


 
Neft, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və qrupa daxil olmayan 11 istehsalçı ölkənin təklif artığını azaltmaq üçün hasilatı azaltmaqda razılığa gəlməsi ilə birlikdə 2009-dan bu yana ən böyük illik qazancını reallaşdırmağa yönəlib. ABŞ-da xam neft ehtiyatları, EIA-nın 1982-ci ildən bu yana topladığı həftəlik məlumatlara görə, 30 ildən çox müddətin mövsümi olaraq ən yüksək səviyyəsində qalır.
 
Bu gün Qərbi Texas nefti (WTI),  Nymex birjasında  15 sent yüksələrək  53.92 dollara çıxıb.   
 
Brent nefti, Londonda ICE Futures Europe birjasında  6 sent yüksələrək bareli 56.91 dollaradək qalxıb. Qiymətlər bu il 60% civarında artıb. Brent neftin qiyməti bu ilin 20 Yanvar tarixində 34 dollar səviyyələrinədək düşmüşdü.  

 

 

30.12.2016 06:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ