Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

İqtisadçılar Fed-dən sürpriz gözləmir

iç səhifə xəbər başlığı altı (mobil)_31
İqtisadçılar Fed-dən sürpriz gözləmir

Moody's Analytics-in baş iqtisadçısı Mark Zandi, ABŞ Mərkəzi Bankının (Fed) Federal Açıq Bazar Komitəsinin (FOMC) sabah başa çatacaq iyul iclasında faiz və ya balans üçün yeni addımlar atılmayacağını bildirib.

 

"Bazarlar bu il faizin artırılacağını gözləmir. Dekabr toplantısına dair ehtimal 50%-dən aşağıdır. Fed rəsmiləri bu vəziyyətdən məmnun deyil. Bu səbəbdən FOMC bəyanatının bazarların faiz gözləntilərini yenidən canlandırmağa sövq edəcək şəkildə olacağını gözləyirəm", deyib.

 

Mark Zandi, Fed sədri Janet Yellenin inflyasiyada son dövrlər yaşanan zəifliyin müvəqqəti olduğu fikrinə qatıldığını ifadə edərək, "İnflyasiyada ilin əvvəlindən bəri baş verən ləngimə, hesablama problemləri və bir dəfəlik qiymət dəyişikliklərindən irəli gəldiyi üçün müvəqqəti olacaq. İrəlidə inflyasiyanın bir il ərzində 2%-ə çatacağını və 2 il ərzində 2%-keçəcəyini düşünürəm" şəklində danışıb.


100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN

 
"High Frequency Economics"in Baş iqtisadçısı Jim O'Sullivan da Fed-in, iyul iclasında faiz artırmayacağını və gözləyəcəyini bildirərək, "Fed-in,  faizi növbəti dəfə artırması üçün inflyasiyada zəifliyin müvəqqəti olduğuna dair daha çox dəlil görənə qədər gözləyəcəyini hesab edirəm" deyib.

 

FOMC-ın iyul ayı iclasının qərar mətni, Fed rəsmilərinin 2 günlük görüşünün ardından sabah Bakı vaxtı ilə 22.00-a yayımlanacaq.

25.07.2017 13:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ