Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

7000 baş cins heyvan alınır

iç səhifə xəbər başlığı altı (mobil)_31
7000 baş cins heyvan alınır

“Aqrolizinq” ASC iribuynuzlu cins damazlıq heyvanların satın alınması məqsədilə açıq tender elan edib.

 

Tender iki lot üzrə keçirilir. Lot-1 üzrə 2 000 baş Holştin-friz cinsli damazlıq heyvanların, lot-2 üzrə 5 000 baş Simmental cinsli damazlıq heyvanların satın alınması nəzərdə tutulur.

 

ASC qarşısında yerinə yetirilməmiş öhdəliyi olan şirkətlər bu tenderdə iştirak edə bilməzlər.

 

Maraqlananlar əsas şərtlər toplusunu lot-1 üzrə 500 manat və lot-2 üzrə 1 000 manat məbləğində iştirak haqqını ödədikdən sonra ASC-dən (Bakı şəhəri, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi,12.) ala bilərlər.

 

İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri fevralın 6-dək təqdim etməlidir. Tender təklifi və bank təminatı isə fevralın 15-i saat 17:00-dək təqdim olunmalıdır.

 

Tender təklifi fevralın 16-sı saat 17:00-da “Aqrolizinq”in əsas binasının konfrans zalında açılacaq.

 

©Report

30.12.2016 06:48

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ