Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Brent neftinin qiyməti kritik səviyyəni keçdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Brent neftinin qiyməti kritik səviyyəni keçdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Brent neftin barrel qiyməti dünən 47,82 dollardan günə başlamış və gün ərzində ən yüksək 48,74 dolları görmüşdü. Bu gün səhər 48,61 dollardan günə başlayan Brent neftinin barrel qiyməti, saat 23.30-da 3,2 faiz artaraq 50,20 dollara yüksəlib. Eyni dəqiqələrdə Qərbi Texas (WTI) növü xam neftin barreli isə 47,84 dollardan alıcı tapıb.


 
Mütəxəssislər, 50 dolları ötən qiymətin yuxarı istiqamətli hərəkətinin davam edə biləcəyini qeyd edirlər.

Reklam_3_11

 

Dünən Neft İxrac Edən Ölkələr Təşkilatı  (OPEC) ilə digər ölkələr arasında görüş keçirilib. Görüşdən sonra danışan Rusiyanın Enerji naziri Aleksandr Novak neft hasilatının azaldılmasına dair sazişin, lazım gələrsə,  2018-ci ilin Mart ayından sonraya uzadılmasına dair tövsiyə verdiklərini söyləmişdi.


 
OPEC-in Baş katibi Məhəmməd Barkindo da Nigeriyanın gündəlik xam neft istehsal hədəfinin 1,8 milyon barrel olduğunu bildirərək, Mart 2018-ə qədər bu hədəfi keçmə meylinin olmadığını bildirmişdi.


 
Ötən cümə günü də, Brent neftin barrel qiyməti ABŞ-da neft ehtiyatlarının azalması barədə  göstəricinin açıqlanmasındam sonra qalxaraq 50 dolların üzərinə çıxmışdı.

25.07.2017 22:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ