Əhalinin maliyyə savadlılığı artırılır
Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və İnkişaf Mərkəzi əhalinin iqtisadi və maliyyə baxımından bilik səviyyəsinin artırılması məqsədilə iş yerlərində maarifləndirmə təlimləri çərçivəsində cari ilin birinci yarısında Təhsil Nazirliyinin və Asan Xidmətin birgə həyata keçirdiyi “Məktəblinin dostu” pilot layihəsinin gənc mütəxəssislərinə, həmçinin yerli mobil kommunikasiya şirkətinin əməkdaşlarına istehlak büdcəsinin planlaşdırılması və şəxsi vəsaitlərin idarə olunmasına dair peşəkar təlimlər proqramı keçirmişdir.
Tədqiqatlar və İnkişaf Mərkəzinin İqtisadi maarifləndirmə xidmətinin əməkdaşları tərəfindən keçirilmiş təlimlərdə iştirakçılara maliyyə savadlılığının əhəmiyyəti, şəxsi pul vəsaitlərinin idarə edilməsi, istehlak büdcəsinin planlaşdırılması, kredit və zaminlik, sığorta və nağdsız ödənişlər mövzuları tədris olunmuşdur.
Eyni zamanda, iştirakçılar arasında ailə büdcəsinin düzgün idarə olunması, gəlir və xərclərin optimallaşdırılmasına dair “Yığım” interaktiv oyunu təşkil edilmiş. Təlimlərdə, mövzularla yanaşı, auditoriyanın bank-maliyyə sahəsi üzrə verdiyi suallar da cavablandırılmışdır.
İş yerlərində maliyyə maarifləndirilməsinə – müxtəlif müəssissələrin əməkdaşları arasında maliyyə bilik və bacarıqlarının artırılmasına xüsusi önəm verən Mərkəzi Bank cari ilin ikinci yarimilliyində də bu hədəf qruplar üçün maliyyə savadlılığının artırılmasına fokuslaşmış tədbirlərin təşkilini nəzərdə tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
12 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
12 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 12 saat əvvəl
-
13 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 13 saat əvvəl
-
15 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 16 saat əvvəl
-
16 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
16 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir