Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-dan Rusiya, İran və Şimali Koreyaya yeni sanksiyalar

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-dan Rusiya, İran və Şimali Koreyaya yeni sanksiyalar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Nümayəndələr Palatasında qəbul edilən qanun layihəsi, Rusiya, İran və Şimali Koreyaya yeni sanksiyalar nəzərdə tutur.

 

"Marja" xəbər verir ki, layihəyə görə, Prezident Donald Trump rəhbərliyinin Rusiyaya mövcud sanksiyaları yüngülləşdirmədən və ya ləğv etmədən əvvəl Konqresin razılığını alması lazımdır.


 
"Sanksiyalar Yolu İlə Amerikanın Düşmənləri ilə Mübarizə" adlı qanun layihəsi, Nümayəndələr Palatasında 3-ə qarşı 419 deputatın səsi ilə qəbul edilib.


 
Xüsusən ABŞ Prezidenti Trumpın Rusiya ilə münasibətlərindəki "sahəni" azaldan qanun layihəsi, hazırda qüvvədə olan Rusiya sanksiyalarını yüngülləşdirmək və ya qaldırmaq istədiyi hallarda Amerika Prezidentinə Konqresdən razılıq almaq şərtinə əməl etməsi tələbini qoyması ilə diqqəti çəkir.
 


Layihəyə görə, Rusiyaya Ukraynadakı addımları ilə bağlı yeni sanksiyalar tətbiq edilir, İran ilə Şimali Koreya da nüvə və balistik raket proqramları səbəbilə sanksiyalara məruz qalacaq.


 

"Tarixin ən əhatəli qanun layihələrindən biri"


 
Nümayəndələr Palatasının sədri Paul Ryan tərəfindən "Tarixin ən əhatəli qanun layihələrindən biri" sözləri ilə səciyyələndirilən paketdə Rusiya, İran və Şimali Koreya hakimiyyətlərinə bir çox sahədə yeni sanksiyalar tətbiq olunacaq.
 

Sözügedən üç ölkənin ABŞ-ın milli maraqlarını təhdid etdiyi bildirilib.
 
 
 Əvvəl Senat, sonra Ağ Ev

 
Qəbul edilən qanun layihəsinin qüvvəyə minməsi üçün Trumpın masasına getməzdən əvvəl Senatda da qəbul edilməsi lazımdır. Trumpın qanunu təsdiq etmək, ya da veto etmək variantları var.


 
Ağ Ev, Trumpın qərarının hələ dəqiq olmadığını açıqlayıb. Prezident əvvəlki çıxışlarında Rusiyaya sanksiyaları yüngülləşdirə biləcəyi mesajını vermişdi.


 
Amerika prezident seçkilərinə kiber hücum yolu ilə müdaxilə etdiyi iddiası ilə aparılan istintaqlarda hədəfdə olan Rusiyanın yeni sanksiyalar qarşısında tutacağı mövqe də maraqla gözlənilir.

26.07.2017 06:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ