Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Trump sözünü dəyişir - Yellen namizədlər arasında

iç səhifə xəbər başlığı altı (mobil)_31
Trump sözünü dəyişir - Yellen namizədlər arasında

 
ABŞ Prezidenti Donald Trump, ABŞ Mərkəzi Bankının (Fed) növbəti sədri üçün bir neçə nəfəri qiymətləndirdiyini qeyd edib. O, mövcud Fed sədri Janet Yellenin və Baş iqtisadi müşaviri Gary Cohn-un bu adlar arasında yer aldığını söyləyib.

 


"Marja" xəbər verir ki, Trump, "Wall Street Journal" qəzetinə verdiyi müsahibəsində, Fed sədri Yelleni ikinci sədrlik dövrü üçün təyin edə biləcəyini qeyd edib.

Reklam_3_11


 
"Yellenin davranış tərzini bəyənirəm. Çox yaxşı işlədiyini hesab edirəm" ifadələrini işlədən Trump, Yellenin aşağı faiz siyasətindən də məmnun olduğunu dilə gətirib.


 
Trump, Yellenin ilk sədrlik dövrünün  2018-ci ilin Fevral ayında başa çatmasından sonra yerinə kimin keçəcəyi sualına, "Yellen namizədlərdən biridir" deyib.


 
Bununla yanaşı namizəd siyahısında daha 2-3 adın  olduğunu bildirən Trump, müsahibədə yanında olan Ağ Ev Milli İqtisadiyyat Şurasının direktoru Gary Cohn-un bunlardan biri olduğunu təsdiq edib.


 
Trump, "Gary-ı uzun müddətdir tanıyıram. Birlikdə çalışaraq ona böyük hörmət bəsləməyə başladım",- deyə bildirib.


 
Digər tərəfdən, Trumpın "Cohnun hazırkı mövqeyini sevdiyini" söyləməsi, Cohnun Fed sədrliyinə isti baxmadığı spekulyasiyalarına səbəb olub.
 


Fed sədri üçün namizəd siyahısında yer alan digər adları açıqlamayan Trump, qərar vermək üçün hələ erkən olduğunu sözlərinə əlavə edib.


 
Trump, prezident seçilmədən öncə Yellenin ilk dörd illik vəzifə müddəti 3 Fevral 2018-də başa çatanda yəqin ki, onu yenidən namizəd göstərməyəcəyini demişdi.

26.07.2017 07:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ