Ən yuxarı (mobil)-2_30

800 min manatlıq dələduzluqda təqsirləndirilən şirkət rəhbəri bəraət aldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
 800 min manatlıq dələduzluqda təqsirləndirilən şirkət rəhbəri bəraət aldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı Apellyasiya Məhkəməsində Suraxanı rayonunda fəaliyyət göstərən “Altun” istirahət mərkəzinin sahibi və “Badi-Kübə” mənzil-tikinti kooperativinin direktor müavini Asif Əsədullazadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, A.Əsədullazadənin apellyasiya şikayəti təmin edilib. Birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.

 

Qeyd edək ki, ittiham aktına əsasən, A.Əsədullazadə “Badi-Kübə” MTK-da tikilməsi üçün nəzərdə tutulan evlərdən vətəndaşlara ev almaq təklif edib. O, alıcılarla müqavilə də bağlayıb. Lakin binanı tikməyib və ümumilikdə 29 nəfərin pulunu mənimsəyib. A.Əsədullazadə 29 vətəndaşa 31 ev satmaqla 860 min 90 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən Baş Prokurorluq apellyasiya protesti verib. Prokurorluq A.Əsədullazadənin həbs edilməsini tələb edib.

 

Bakı Apellyasiya Məhkəməsində, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə A.Əsədullazadənin işi üzrə qərar açıqlanıb. Qərara görə, Baş Prokurorluğun şikayəti qismən təmin edilib. Məhkəmə A.Əsədullazadənin barəsində 1 il 6 ay müddətinə cəza təyin edib. O, məhkəmə zalındaca həbs edilib.

 

Həmin qərardan narazı qalan Baş Prokurorluq kassasiya protesti verərək, A.Əsədullazadənin həbs edilməsini istəyib. Ali Məhkəmədə işə baxan hakimlər onun işi üzrə çıxarılan qərarı ləğv edib və işin yenidən apellyasiya instansiyasında araşdırılması təklif edilib.

 

Bu dəfə A.Əsədullazadənin apellyasiya şikayəti üzrə prosesə Qədim Babayevin sədrlik etdiyi kollegiyada baxılıb. Prosesdə prokurorluğun şikayəti üzrə qərar elan edilib. Qərara əsasən, A.Əsədullazadənin barəsində təyin edilmiş Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi hökmdən xaric olunub. Məhkəmə A.Əsədullazadənin barəsində 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Ona təyin edilmiş cəza əvvəllər həbsdə olduğu müddətə hesablanıb və buna görə də o, məhkəmə zalından azadlığa buraxılıb.

 

Daha sonra prokurorluq kassasiya şikayəti verib. Ali Məhkəmənin qərarı ilə hökm və tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

 

Qeyd edək ki, A.Əsədullazadənin oğlu Türkel 2012-ci il iyunun 5-də, saat 15.00-da Yeni Günəşli qəsəbəsində yerləşən “Badi-Kübə” Mənzil-tikinti kooperativinə məxsus binanın qarşısında atasına məxsus ov tüfəngindən atəş açaraq MTK-nın işçisi Samid Məmmədovu öldürüb, MTK-nın təsisçisi və sədri Ədalət Qəmbərovu isə yaralayıb. Cinayətin baş verməsinə səbəb Ədalət Qəmbərovla A.Əsədullazadənin arasında olan mülk mübahisəsi olub. Bu qanlı cinayət hadisəsi baş verəndən sonra MTK-da külli miqdarda dələduzluq faktı aşkarlanıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Əsədullazadə 15 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən apellyasiya şikayəti və protesti verilsə də, hökm qüvvədə saxlanılıb. T.Əsədullazadənin işinə Ali Məhkəmədə də baxılıb və şikayət təmin edilməyib.

 

A.Əsədullazadənin işindən “Şahbulaq” MTK-nın sədri Nəsib Əliyev və “Badi-Kübə” MTK-nın təsisçisi Zaur Cabbarovun cinayəti ayrıca icraata götürülüb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə isə N.Əliyev 13 il, Z.Cabbarov 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

© Report

26.07.2017 07:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ