Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Vergilərin ən yüksək olduğu ölkə

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergilərin ən yüksək olduğu ölkə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələr arasında işçilərin ən çox vergi ödədiyi ölkə Belçikadır. Burada işləyən şəxslər qazandıqları pulun 54 faizini vergi və fondlara üzvlük haqqı şəklində dövlətə ödəyirlər.

 

Reklam_3_11

İkinci və üçüncü yerləri Almaniya və Macarıstan tutur. Almaniyada işçilər öz qazandıqlarının 49,4 faizini, Macarıstanda isə 48,2 faizini dövlətə qaytarırlar.

 

2017-ci ilin hesabatına əsasən, OECD ölkələri üzrə fiziki şəxslərin gəlir vergisi orta hesabla onların illik qazanclarının üçdəbirindən azdır.

 

Üzv ölkələr arasında ön mövqedə Avropa dövlətləri dayandığı üçün burada bəzi ölkələrin vergi yükünün aşağı olduğu müəyyənləşdirilmişdir.

 

OECD üzrə göstəricisi nisbətən aşağı olan ölkələrin siyahısında Polşa (35,8 faiz), İrlandiya (27,1 faiz) və İsveçrənin (21,8 faiz) adı gəlir.

 

ABŞ (31,7 faiz), Avstraliya (28,6 faiz) və İsrail də (22,1 faiz) vergilərin az olduğu ölkələr sayılır. Ən az vergi tutan üzv ölkələrin siyahısının sonunda Meksika (20,1 faiz), Yeni Zelandiya (17,9 faiz) və Çili (7 faiz) gəlir.

 

© vergiler.az 

26.07.2017 14:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ