Notların yerləşdirilməsində növbəti böyük tələb qeydə alınıb

26 iyul 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının  ümumi həcmi - 50 000 000 manat  (bir notun nominal dəyəri - 100 manat, tədavül müddəti – 28 gün) olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

 

Birjadan "Marja"ya daxil olmuş məlumata görə, hərrac zamanı 7 investor tərəfindən 9 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 127,709,200.00 AZN təşkil etmişdir.

 

Sifarişlər 99.2278 AZN (10.01%) və 99.2278 AZN (10.01%) qiymətində təqdim edilmişdir.

 

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti – 99.2278 AZN (10.01%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.

 

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 26.07.2017 (t+0) tarixində həyata keçirilmişdir

 

Notların nominal üzrə reallaşdırılmış həcmi 50,000,000.00 AZN manat məbləğində müəyyən edilmişdir.

 

Notların ödəmə tarixi 23.08.2017-ci ildir.

26 İyul 2017, 16:26   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]