Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

12 reys, 522 sərnişin - Bakı-Batumi avtobus reysi

iç səhifə xəbər başlığı altı (mobil)_31
12 reys, 522 sərnişin - Bakı-Batumi avtobus reysi

Bir aya yaxın müddətdə yeni açılan Bakı-Batumi avtobus reysi ilə 522 sərnişin daşınıb.

 

Reklam_3_11

Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov açıqlamasında deyib.

 

O bildirib ki, iyun ayının 30-dan etibarən Bakı Beynəlxalq Avtovağzal kompleksindən həftənin 1, 3, 5-ci günləri olmaqla Bakı-Batumi reysi fəaliyyətə başlayıb. Avtobuslar Bakı vaxtı ilə saat 18:00-da yola düşür, təyinat məntəqəsinə - Batumi şəhərinə isə növbəti gün saat 10:00 radələrində çatır.

 

Y.İsakovun sözlərinə görə, iyul ayının 24-ə kimi bu marşrut üzrə 12 reys həyata keçirilib, 522 sərnişin mənzil başına çatdırılıb. 102 nəfər - sərnişinlərin 20 faizi, biletləri onlayn qaydada əldə edib.

 

GEDİŞ QİYMƏTİ

 

“Gediş qiyməti 40 manat təşkil edir. Gələcəkdə sərnişin sıxlığı çox olduğu təqdirdə avtobusların hər gün reysə çıxması nəzərdən keçirilə bilər. Avtobuslar kondisioner və “Wi-Fi” sistemi ilə təchiz olunub. Yolboyu sərnişinlərə çay və qəhvə təklif olunur. Yükə görə vəsait ödəmək tələb olunmur. Sərnişinlərə biletləri əvvəlcədən almaq tövsiyə olunur”, - deyə Y.İsakov vurğulayıb.

 

©Azərtac

26.07.2017 15:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ