Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bank Respublika-dan xüsusi kart məzənnələri

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank Respublika-dan xüsusi kart məzənnələri
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin aprel ayından etibarən Bank Respublika kartlar üzrə mübadilə komissiyalarını ləğv edib, həmçinin  kartlar üzrə mübadilə əməliyyatları bankın təyin etdiyi xüsusi məzənnəyə uyğun olaraq aparılır.

 

"Marja" Bankın yaydığı məlumata istinadən xəbər verir ki, indi, müştərilərin tələblərini nəzərə alaraq, Avronun ABŞ dollarına qarşı xüsusi alış və satış məzənnələri tətbiq ediləcək:

 

"Bunun üstünlüyü ondadır ki, xarici valyutalar arasında aparılan əməliyyatlar zamanı müştərilərə sərfəli olmayan ikiqat mübadilə əvəzinə (hər iki xarici valyutanın manata qarşı məzənnəsini tətbiq etməklə) birbaşa Avronun ABŞ dollarına qarşı xüsusi məzənnəsi tətbiq ediləcək. Başqa sözlə, cəmi bir mübadilə əməliyyatı keçiriləcək".

 

Həmçinin, əvvəl olduğu kimi, bu əməliyyatlar zamanı heç bir əlavə komissiya tutulmayacaq. Beləliklə, qündəlik qaydada bankın rəsmi saytında kart məzənnələri bölümündə əlavə olaraq Avronun ABŞ dollarına qarşı birbaşa kart məzənnələri də əks olunacaq. Bu məzənnələr xarici valyutalar arasında baş verən bütün ölkədaxili və ölkəxarici kart mübadilə əməliyyatlarında tətbiq olunacaq.

 

ABŞ dolları ilə olan kartlarla xaricdə aparılan əməliyyatların mübadiləsi yalnız ödəniş sistemlərinin məzənnəsi ilə aparılır. Xaricdə digər valyutalarda aparılan əməliyyatların mübadiləsi isə ödəniş sistemlərinin və bankın müvafiq daxili məzənnələri ilə aparılır.

26.07.2017 17:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ