Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

ABŞ-da xam neft ehtiyatları və hasilatı azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da xam neft ehtiyatları və hasilatı azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-da kommersiya məqsədli xam neft ehtiyatları ötən həftə 7,2 milyon barrel azalıb.
 

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə kommersiya (satış) məqsədi xam neft ehtiyatlarının ötən həftə 7,2 milyon barrel (1,5 faiz) azalaraq 483,4 milyon barrelə gerilədiyini açıqlayıb.


 
"Marja" xəbər verir ki, bazar gözləntisi, ehtiyatların 2,6 milyon barrel azalması istiqamətində idi. Bir əvvəlki həftə də xam neft ehtiyatları 4,7 milyon barrel azalma qeyd etmişdi.


 
 Beləliklə, ABŞ-ın satış məqsədilə yığılan xam neft ehtiyatları son 16 həftənin 13-də azalmışdır.


 
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji neft ehtiyatları isə ötən həftə dəyişməyib və 678,9 milyon barel səviyyəsində sabit qalıb.


 
ABŞ-ın həftəlik benzin ehtiyatları da sözügedən həftədə 1 milyon barel (0,4 faiz) azalaraq 230,2 milyon barelə enib. Bazar 0,6 milyon barrel azalma olacağını gözləyirdi.  Benzin ehtiyatları əvvəlki həftə 4,4 milyon barel azalmışdı.


 
 Xam neft istehsalı 23 həftənin 4-də gerilədi


 
 Bu dövrdə ölkənin xam neft istehsalı isə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 19 min barel azalaraq 9,41 milyon barelə düşüb. Beləliklə, ABŞ-ın xam neft hasilatı son 23 həftənin 4-ündə azalmışdır.


 
 Ölkənin xam neft idxalı sözügedən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 48 min barel artımla 8,04 milyon barelə, xam neft ixracı da gündəlik orta hesabla 302 min barel artımla 1,03 milyon barelə çatıb.


 
 ABŞ-ın xam neft və benzin ehtiyatlarındakı azalmanın açıqlanmasının ardından qlobal bazarda neftin qiymətlərində  yüksəliş müşahidə olunub.


 
 EIA göstəricilərinin açıqlanmasından sonra Qərbi Texas tipi xam neftin barrel qiyməti 48,76 dollara, Brent neftinin barrel qiyməti də 50,95 dollara qalxıb..

26.07.2017 19:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ