Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Facebook-un aylıq aktiv istifadəçi sayı 2 milyardı keçib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Facebook-un aylıq aktiv istifadəçi sayı 2 milyardı keçib


Facebook-un bu ilin ikinci rübündə xalis mənfəəti, ötən ilin eyni dövrü ilə müqayisədə 70 faiz artım göstərib.
 

Dünyanın ən böyük sosial media saytı Facebook, Nyu-York Birjasının bağlanmasının ardından, bu ilin ikinci rübünə dair balansını açıqlayıb.


 
"Marja" Facebookdan verilən açıqlamaya istinadən xəbər verir ki, şirkətin xalis mənfəətinin bu ilin ikinci rübündə 3,89 milyard dollara çataraq ötən ilin eyni dövrü ilə müqayisədə 70 faiz artım olduğu bildirilib. Şirkət, 2016-nın aprel-iyun dövründə 2,29 milyard dollar xalis mənfəət əldə etmişdi.


 
Açıqlamada, şirkətin bir səhmə mənfəətinin də ötən ilin ikinci rübündə 0,78 dollardan bu ilin eyni dövründə 1,32 dollara yüksəldiyi bildirilib.


 
Ötən ilin ikinci rübündə 6,44 milyard dollar gəlir əldə edən Facebook-un bu ilin ikinci rübündə gəlirlərinin 45 faiz artaraq 9,32 milyard dollara çatdığı qeyd edilən açıqlamada, bu dövrdəki reklam gəlirlərinin isə 47 faiz artaraq 9,16 milyard dollara çatdığı bildirilib.


 
 AYLIQ İSTİFADƏÇİ SAYI 2 MİLYARDDAN ÇOXDUR


 
 Facebookun gündəlik və aylıq aktiv istifadəçi sayında da bu ilin aprel-iyun dövründə artım qeydə alınıb.


 
Açıqlamada, 2017-ci ilin  İyun  ayında Facebook-un gündəlik aktiv istifadəçi sayının 1,32 milyard olduğu, bu rəqəmin ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz artım göstərdiyi bildirilib.


 
Həmçinin, Facebookun aylıq aktiv istifadəçi sayının 2,01 milyarda çatdığının qeyd olunduğu açıqlamada, bu rəqəmin ildən ilə 17 faiz yüksəldiyi məlumatına yer verilib.


 
 Şirkət, əvvəlki ay aylıq aktiv istifadəçi sayının 2 milyarda çatdığını bildirmişdi.
 


Facebookun müsbət balansından sonra, şirkətin səhmləri Nyu-York Birjasının bağlanmasının ardından aparılmış məhdud əməliyyatlarda 4,4 faiz dəyər qazanıb. Analitiklər, gözləntilərin üzərində çıxan balans göstəricilərinin şirkətin səhmlərinə əsl əks olunmasının bu gün olacağına diqqəti çəkirlər.

27.07.2017 04:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ