Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

ABŞ səhmləri yenidən rekord səviyyələrə qalxıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ səhmləri yenidən rekord səviyyələrə qalxıb

Çərşənbə günü ABŞ səhmləri AT&T, Boeing-in və digər bəzi şirkətlərin analitiklərin gözlədiyindən daha çox mənfəət açıqlamaları ilə bahalaşıb və yenidən rekord səviyyələrə qalxıb.


 
Həmçinin, böyük dividendlər ödəyən şirkətlər, Fed-in faiz artırması prosesinə fasilə verməsi və ABŞ Xəzinə istiqraz faizlərinin düşməsindən dolayı da dəyər qazanıblar.


 
Dou Cons (Dow Jones) Sənaye İndeksi 97.58 bənd (0.45 faiz) artımla 21711.01 bəndə çataraq günü rekord səviyyədən bağlayıb. Standard & Poor's 500 İndeksi (S&P 500) 0.70 bənd (0.03 faiz) yüksəlişlə 2477.83 bəndə, Nasdaq Texnoloji İndeksi də 10.57 bənd (0.16 faiz) qazancla 6422.75 bəndə çatıb.


 
 ABŞ-ın müdafiə sənayesi şirkəti və təyyarə istehsalçısı Boeing-in səhmləri 9.9 faiz,
 AT&T telekommunikasiya şirkətinin səhmləri 5 faiz bahalaşıb.


 
ABŞ-ın Qərbi Texas tipi xam neftinin barrel qiyməti 1.7 faiz artımla 48.70 dollardan, Brent neftinin barrel qiyməti də 1.4 faiz artımla 50.92 dollardan ticarət olunub.

27.07.2017 05:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ