Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bolqarıstan bazarı Azərbaycanın "radarında"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bolqarıstan bazarı Azərbaycanın "radarında"

Azərbaycan Bolqarıstanın kənd təsərrüfatı bazarlarına geniş məhsul çeşidi ilə çıxmaq niyyətindədir. Bunu Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova deyib.


Səfirin sözlərinə görə, Azərbaycanın planlarında Bolqarıstanla əməkdaşlığı ticarət, kənd təsərrüfatı, turizm, İKT kimi sahələrdə genişləndirmək yer alır.


Diplomat nəqliyyat sahəsində əməkdaşlığın da mühüm olduğunu qeyd edərək bildirib: "Hazırda konkret olaraq Qara dəniz-Xəzər dənizi-Fars körfəzi, Qara dəniz-Xəzər dənizi-Mərkəzi Asiya və Çin ölkələri marşrutları var. Amma Bolqarıstan Transxəzər beynəlxalq nəqliyyat marşrutunda da maraqlıdır".


N.Qurbanova qeyd edib ki, bu ilin oktyabr-noyabr aylarında iki ölkənin iş adamlarının iştirakı ilə biznes-forumun keçirilməsi planlaşdırılır.


Diplomat əlavə edib: "Biz həmçinin, "Made in Azerbaijan" məhsullarının Bolqarıstanda tanıdılmasında maraqlıyıq".


Səfirin sözlərinə gröə, Bolqarıstan eləcə də Azərbaycanın "Azerspace-1" peykinin imkanlarından yararlanmaq niyyətindədir.


Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, iki dövlət arasında mal dövriyyəsi bu ilin yanvar-iyun aylarında 6,39 milyon dollar təşkil edib.


© Trend

27.07.2017 07:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ