Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Bank VTB Azərbaycan" necə oldu mənfəətə çıxdı?

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bank VTB Azərbaycan" necə oldu mənfəətə çıxdı?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Bank VTB Azərbaycan” ASC 2017-ci ilin birinci yarısını 3 milyon 914 min manat xalis mənfəət ilə başa vurub.

 

“Marja” xəbər verir ki, ötən illər böyük zərərlər etmiş bankın bu il mənfəətə çıxması diqqəti cəlb edir. Belə ki, ölkədə əməliyyat mühiti dəyişməyib, kreditlərə tələb azalmaqda davam edir və s.

 

Bankın yarımillik hesabatından məlum olur ki, VTB Azərbaycan ehtiyatlarının bir hissəsinin azad olması hesbaına xalis mənfəətə çıxıb. Belə ki, bank əvvəlki illər gəlirinin böyük hissəsini geri qaytarılması riski yüksək olan kreditlərə görə ehtiyata yönəltmişdi. Bu il həmin ehtiyatların bir hissəsi mənfəətə əlavə edilib. Bu əməliyyat, “VTB Azərbaycan”da problemli kreditlərin azaldığına işarə edir.

 

Bank yanvar-iyun dövründə faiz və qeyri faiz əməliyyatları üzrə zərər edib. 8,9 milyon manatlıq faiz gəlirinə qarşı xərc 15,5 milyon manat, 6,4 milyon manat qeyri-faiz gəlirinə qarşı xərc 8,6 milyon manat təşkil edib. Nəticədə Bankın 8,8 milyon manatlıq əməliyyat zərəri yaranıb. Lakin ehtiyatların 12,7 milyon manatı azad edildiyindən əməliyyat zərəri bağlanıb, 822 min manatlıq mənfəət vergisi də ödənilib.

 

Rusiyanın "VTB Group"u Azərbaycanda törəmə bankda “AtaHolding”in payını alacağı gözlənilir. Bu əməliyyat baş tutarsa "VTB Bank (Azərbaycan)"ın səhmləri 100% Rusiya qrupuna məxsus olacaq. 

 

Hazırda "Bank VTB (Azərbaycan)" ASC-nin səhmlərinin 51.0%-i Rusiya tərəfinə (Bank VTB ASC), 48.99% və 0.01% – Azərbaycan tərəfinə (uyğun olaraq “AtaHolding” ASC və fiziki şəxs) məxsusdur.

 

Mənfəət və zərər hesabatı

 

II rub 2017

 

İlin əvvəlindən hesabat tarixinə qədər

Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi

8 930,29  

Faizlər və onlara bağlı xərclər, cəmi

 15 482,85  

Xalis faiz mənfəəti (zərəri)

-  6 552,56  

Qeyri-faiz gəlirləri, cəmi

6 418,44  

Qeyri-faiz xərcləri, cəmi

8 653,18  

Xalis əməliyyat mənfəəti (zərəri)

- 8 787,30  

Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər)

- 12 701,66  

Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək xalis mənfəət (zərər)

 3 914,36  

Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən mənfəət (zərər), cəmi

 

Vergilər ödənilənədək xalis mənfəət (zərər)

3 914,36  

Mənfəətdən ödənilən vergilər

                 822,59  

Vergilər ödənildikdən sonra xalis mənfəət (zərər)

 3 091,77  

 

Balans hesabatı

 

II RUB      2017

Nağd vəsaitlər

12 460,53  

Nostro hesablar (Mərkəzi Bank və digər banklardakı müxbir hesablar)

48 520,41  

 Banklara verilmiş kreditlər

 7 489,24  

Banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər, cəmi

 5 000,00  

Qiymətli kağızlara investisiyalar

 

Kredit portfeli (müştərilərə verilmiş kreditlər - məqsədli ehtiyatlar çıxılmaqla)

 291 556,33  

Amortizasiya çıxılmaqla bank işində istifadə olunan əsas vəsaitlər

 1 755,38  

Bank işində istifadə olunmayan əsas vəsaitlər, cəmi

 

Amortizasiya çıxılmaqla qeyri-maddi aktivlər

 1 758,43  

Digər aktivlər

 36 445,98  

CƏMİ AKTİVLƏR

  404 986,30  

ÖHDƏLİKLƏR

 

Depozitlər

 36 206,92  

AMB-nın banka qarşı tələbləri, cəmi

 30 000,00  

Digər bankların tələbləri (“Loro" hesabları), cəmi

  222,49  

Banklar və digər maliyyə institutlarının kreditləri

 154 911,32  

Bankların depozitləri

  133 466,10  

Digər maliyyə müəssisələrinin (banklardan başqa) depozitləri, cəmi

  7 883,93  

Mərkəzi və bələdiyyə idarəetmə orqanlarının depozitləri və kreditləri

 

Bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri (müddətli imtiyazlı səhmlər də daxil olmaqla)

 

 Digər passivlər

 3 764,73  

CƏMİ ÖHDƏLİKLƏR

 366 455,49  

KAPİTAL

 

Xüsusi kapital, cəmi

  38 034,54  

a) dövriyyədə olan adi səhmlər

  50 815,00  

b) dövriyyədə olan müddətsiz imtiyazlı səhmlər (nominal və bazar qiymətləri arasındakı fərq daxil olmaqla)

 

c) adi səhmlərin nominal və bazar qiymətləri arasındakı fərq

 

d) bölüşdürüməmiş xalis mənfəət (zərər), cəmi

- 12 780,46  

Ümumi ehtiyatlar, cəmi

   96,28  

Cəmi kapital

  38 530,81  

CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL

  404 986,30  

 

Kapitalın strukturu

 

II rüb 2017

 

 

I dərəcəli kapital :

34 942,77  

Adi səhmlər

  50 815,00  

Keçmiş illərin mənfəət/zərəri

-15 872,23  

Cari ilin zərəri

                    -    

 I dərəcəli kapitaldan tutulmalar

1 758,43  

Tutulmalardan sonra I dərəcəli kapital

 33 184,34  

II dərəcəli kapital :

 

Ümumi ehtiyatlar

 496,28  

Cari ilin mənfəət

  3 091,77  

Kapitalın digər vəsaitələri

  14 154,75  

 II dərəcəli kapitalın cəmi

 17 742,79  

 Məcmu kapital

  50 927,13  

 Risk dərəcəsi üzrə ölçülmuş aktivlər

  93 523,04  

 

30.06.2017

Kredit portfelinin regionlar üzrə bölgüsü

Regionlar

Kreditlər

Məbləğ,
min manatla

Abşeron

    323 163,3 

Quba-Xaçmaz

                -   

Dağlıq Şirvan

                -   

Şəki-Zaqatala

                -   

Aran

                -   

Gəncə-Qazax

                -   

Yuxarı-Qarabağ

                -   

Kəlbəcər-Laçın

                -   

Lənkaran

                -   

Naxçıvan

                -   

CƏMİ

    323 163,3 

  
  

Kredit portfelinin iqtisadi sektorlar üzrə bölgüsü

Sektorlar

Kreditlər

Məbləğ,
min manatla

Sənaye

      47 747,0  

Ticarət və xidmət

    150 055,5 

Digər

   2 612,5 

Istehlak kreditləri (fiziki şəxslərə verilmiş kreditlər)

    122 748,3 

CƏMİ

    323 163,3 

27.07.2017 08:16

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ