Ən yuxarı (mobil)-2_30

Azərbaycanın iri quşçuluq şirkətində partlayış - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın iri quşçuluq şirkətində partlayış - YENİLƏNİB

Lerik rayonunda broyler fabrikində baş verən partlayışın ilkin səbəbi məlum olub.


 
Hüquq-mühafizə orqanlarından  verilən məlumata görə, hadisəyə qaz sızması səbəb olub. Broyler fabrikinin işçiləri qazanxananı işə salmaq istəyərkən güclü təzyiq nəticəsində qazanxananın qapağı yerindən çıxaraq işlilərə dəyib.


 
Nəticədə üç işçi xəsarət alıb. Onlardan biri hadisə yerində ölüb, digər iki nəfər xəstəxanaya yerləşdirilib.


 
Hadisə nəticəsində dağıntı olmadığı bildirilir.

 

XXX

 

Lerik rayonunda broyler fabrikində baş verən partlayış nəticəsində ölən və yaralananların adları məlum olub. 

 

Hadisə nəticəsində fabrikdə işləyən, Lerikin Piran kənd sakini, 1982-ci il təvəllüdlü Valeh Oruc oğlu Məmmədov dünyasını dəyişib. 
 

Partlayış nəticəsində daha iki nəfər – 1978-ci il təvəllüdlü Mehman Ağamir oğlu Əliyev və 1975-ci il təvəllüdlü Akif Oruc oğlu Aslanov xəsarət alıblar.

 


12:20

 

Lerik rayonunda broyler fabrikində partlayış olub.


 
Hadisə Piran kəndi ərazisində qeydə alınıb.


 
Rayon Fövqəladə Fallar Komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, hadisə kəsim sexində olub.


 
Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilir.

 

Qeyd edək ki, Piran kəndində, Azərbaycanın ən iri quşculuq müəssisələrindən biri olan “Lerik Broyler” MMC yerləşir. MMC "Lebro" toyuqlarının istehsalçısıdır.

 

Hadisənin baş verdiyi "Lerik Broyler" MMC rayonun deputatı İqbal Məmmədova məxsusdur və onun atası Nəriman Məmmədovla, qardaşı Çingiz Məmmədov tərəfindən idarə olunur. 

 

XXX

 

Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev  bildirib ki, baş verən partlayış nəticəsində iki nəfər yaralanıb. 

 

M. Ağayevin sözlərinə görə, hadisə yerinə 3 təcili yardım briqadası cəlb edilib.

 

© APA, Marja

27.07.2017 11:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ