Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Fabrikində partlayış olan deputat 1 milyonluq mənzillərini istəyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fabrikində partlayış olan deputat 1 milyonluq mənzillərini istəyir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Deputat İqbal Məmmədov 1 milyonluq mənzilləri üçün Xətai rayon Məhkəməsinə müraciət edib.

 

Reklam_3_11

Deputat iddia ərizəsində qeyd edib ki, 2008-ci ildə “STS” şirkətinə 654 min dollar ödəyərək F.Bayramov küçəsində yerləşən 24 mərtəbəli binadan 2-i üçotaqlı, 1-i dördotaqlı olmaqla 3 mənzil alıb. İ.Məmmədov əlavə edib ki, hətta 7940 dollar da borcu qalıb. 

 

Onun pulu ödədiyi “STS” şirkətinin rəhbərliyi binanın tikintisini başa çatdıra bilməyib və həbs ediliblər. Sonradan isə “Sahil-D Company” şirkəti tikintini davam etdirib və mənzilləri satışa çıxarıb. Həmin 3 mənzili “Sahil-D Company” şirkəti Şakir Məmmədov, Sərdar Əliyev və Əliağa Məmmədova satıb. Adıçəkilən şəxslər hazırda həmin mənzillərdə yaşayırlar.

 

Deputat İqbal Məmmədov isə məhkəmədən tələb edir ki, onun “STS” şirkəti ilə bağladığı müqavilə “Sahil-D Company” şirkəti ilə bağlanmış hesab edilsin və mənzilllər boşaldılaraq ona qaytarılsın. Bu təqdirdə, qalan borcunu da ödəməyə hazır olduğunu bildirib.

 

Hakim Səadət Səlimova deputat İqbal Məmmədovun iddiasını rədd edib. Qərara görə, deputat pulunu “STS”dən tələb etməlidir. İ.Məmmədov narazı qalıb və qərardan apellyasiya şikayəti verib.


O, eyni zamanda Nərimanov rayon məhkəməsinə də müraciət edib. Adıçəkilən şirkətlərin hüquqi ünvanı bu rayondadır. Proses hakim Abbas Əliyevin icraatında avqustun 8-də başlayacaq.

 

Mənbə:Qafqazinfo.az

27.07.2017 11:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ