Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Yevlax Xəstəxanasında yanğın söndürülüb - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yevlax Xəstəxanasında yanğın söndürülüb - YENİLƏNİB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Yevlax Rayon Mərkəzi Xəstəxanasında yanğın elektrik kabellərindəki qısaqapanmadan baş verib"

 

Rayon İcra Hakimiyyəti başçısının müavini Ceyhun Kərəmxanov deyib.

 

C.Kərəmxanov bildirib ki, xəstələrin və tibb işçilərinin təxliyyəsi başa çatıb: "Xəstəxanada olan bütün xəstələr və tibb işçiləri təxliyə olunub. Hadisə zamanı 5 xəstə Mengəçevir Rayon Mərkəzi Xəstəxanasına aparılıb, 30-dan çox xəstə isə xəstəxananın həyətinə təxliyyə olunub. Yanğın şaxtada olan elektirik kabellərinin yükə düşməsi nəticəsində yaranmış qısaqapanmadan baş verib. Hazırda ərazidə 5 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın söndürülsə də tüstülənmə davam edir".

 

XXXX

 

İlkin məlumatlara görə, Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın zamanı heç kim xəsarət almayıb.

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, yanğın zamanı xəstəxanadakı bütün xəstələr və işçilər təxliyə edilib. Artıq yanğın söndürülüb. Hadisənin baş vermə səbəbi hələlik bəlli deyil.

 

Qeyd edək ki, bu ildən ölkə ərazisində ilk dəfə olaraq, icbari tibbi sığorta sistemi Yevlax və Mingəçevirdə həyata keçirilir. Bununla əlaqədar Mingəçevir şəhəri və Yevlax rayonundakı dövlət səhiyyə sisteminə daxil olan qurumlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) Nazirlər Kabineti yanında İcbari Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir.

 

XXX

 

Yevlax Rayon Mərkəzi Xəstəxanasında yanğın başlayıb.

 

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. 

 

Məlumata görə, Xəstəxananın işçiləri və orada müalicə olunan xəstələr təxliyə edilir. 

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.

 

© Report, Trend

27.07.2017 12:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ