Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bank VTB (Azərbaycan) daha sərfəli əmanət təklif edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank VTB (Azərbaycan) daha sərfəli əmanət təklif edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bank VTB (Azərbaycan) korporativ müştərilər üçün nəzərdə tutulan “Klassik” əmanət üzrə şərtləri yeniləyərək daha əlverişli edib.

 

Bankdan "Marja"ya daxil olmuş məlumata görə, əmanəti həm manat, həm dollarda yerləşdirmək mümkündür. 

 

Depozit üzrə minimal məbləğ 30 000 manatadək (və ya 30 000 dollaradək) endirilib. Manatla olan əmanətlər üçün faiz dərəcəsi 13%, dollarda olanlar üçün 3% təşkil edir.

 

Əmanətin faiz dərəcəsi həmçinin məbləğdən asılı olaraq dəyişir. Əgər məbləğ 100 000 manat (və ya 100 000 dolları) keçmirsə, müddətdən və faizlərin ödənilməsi şərtlərindən asılı olaraq manat depozitləri üçün faiz dərəcəsi 4,9%-dən 11%-dək, dollar depozitləri üçün isə – 2,5%-dək dəyişir.

 

Əmanət məbləği 100 000 manatdan 300 000 manatadək (və ya dollar) olduğu halda faiz dərəcələri milli valyutada olan depozitlər üzrə 12%-dək, dollarda olan əmanətlər üzrə isə 3%-dək arta bilər. 300 000 manatdan artıq vəsait yerləşdirildiyi halda gəlirlilik 13%-dək, dollarda olan əmanətlərdə isə 3%-dək yüksəlir.

 

“Klassik” əmanəti 3, 6 və 12 ay müddətinə yerləşdirilə bilər. Faizlər rüblük və ya depozit müddətinin sonunda ödənilir.

 


Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” MMC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub
Tel.: (012) 492 00 80

27.07.2017 12:51

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ