Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Bank Standard”ın Kreditorlar Komitəsinin növbəti iclası keçirilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bank Standard”ın Kreditorlar Komitəsinin növbəti iclası keçirilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 Bu gün ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası keçirilir.


Toplantı Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanası Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti,16 ünvanında yerləşən inzibati binasında təşkil olunub.

Reklam_3_11


İclasda Komitənin sədri, hüquqşünas Əkrəm Həsənov, “Bank Standard”ın təxminən 40 kreditoru, eləcə də ADIF-in əməkdaşları iştirak edirlər.

 

İclasın katibi Xəzər Universitetinin İnkişaf Mərkəzinin rəhbəri Raziyə İsayeva isə üzrlü səbəbdən toplantıya qatılmayıb. Buna görə də, onu müvəqqəti olaraq Bankın kreditoru olan “Qala Həyat Sığorta” ASC-nin Hüquq Departamentinin direktoru Süleyman Zeynallının əvəz etməsinə qərar verilib.


Bundan sonra Ə.Həsənov bildirib ki, budəfəki iclasda “Bank Standard”la bağlı ölkə rəhbərliyinə müraciət etmək nəzərdə tutulsa da, bu məsələ təxirə salınacaq: “Çünki bəzi məlumatlar bizdə hələ də yoxdur, bəzi sənədlərlə tanış olmağa, əlavə sorğular göndərməyə ehtiyac var, odur ki, dövlət başçısına müraciət ünvanlamağımız hələ ki, alınmır”.


Onun sözlərinə görə, Bankın ləğv planı Kreditorlar Komitəsinin qane etmədiyi üçün ona dəyişiklik edilməsi məqsədi ilə Ali Məhkəməyə müraciət olunub: “Əgər məhkəmə iddiamızı təmin etməsə, onda bu plan istənilən halda qüvvəyə minəcək, amma hələ ki, qüvvədə deyil”.

 

© Report

27.07.2017 13:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ