“Yoxlama sənədləri Komitəyə təqdim olunmur"
Ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib.
Bu barədə komitənin bu gün keçirilən iclasında qurumun sədri, hüquqşünas Əkrəm Həsənov bildirib.
Onun sözlərinə görə, məqsəd Azərbaycan Mərkəzi Bankı və Maliyyə Bazarlarına Nəzarət Palatasının bağlanana qədər Bankda keçirdiyi yoxlamaların təhlil olunmasıdır:
“Yoxlama sənədləri Komitəyə təqdim olunmur ki, bunu özümüz təhlil edək. Odur ki, Baş Prokurorluğa müraciət etmişik. Amma hələ ki, qurumdan cavab verilməyib. Bunu təbii sayıram, çünki təhlil prosesi müəyyən vaxt apara bilər”.
“Bank Standard”ın ləğvetmə planı barədə məlumat verən Ə.Həsənov bildirib ki, plan Bankın 2019-cu ilin sonuna qədər ləğv edilməsini nəzərdə tutur:
“Prosesin ondan da çox uzanması ləğvetməni qeyri-effektiv edə bilər. Amma bu planda müəyyən qaranlıq, narahatlıq doğuran məqamlar var. Məsələn, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu “Bank Standard” vasitəsilə 20,3 mln. manat borc verib. Planda qeyd olunur ki, həmin pul iş adamlarının təkrarmaliyyələşmə mənbəyidir və həmin borc portfelinin Fondun müəyyən etdiyi digər müvəkkil banklara ötürülməsi təmin olunmalıdır. Hesab edirəm ki, bu, düzgün deyil və hüquqi əsası yoxdur. Bundan başqa, planda yazılıb ki, Azərbaycan Mərkəzi Bankı “Bank Standard”a 154 mln. manat borc verib və bu borcun bir hissəsi girovla təmin edilib. Həmin girovlar satılaraq qurumun borcu verilməlidir. Məncə, bu da əsassızdır. Digər tərəfdən isə Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondu da pulunu ilk növbədə götürmək istəyir. Bu isə Konstitusiyaya ziddir. Odur ki, bütün bu məsələləri məhkəmədə qaldıracağıq ki, ləğvetmə planına dəyişikliklər edilsin”.
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 d. əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
1 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"2024-cü ildə mənfəəti minimun 20% artırmağı planlaşdırırıq"
-
3 saat əvvəl
“AvtoVAZ” Azərbaycanda “Lada” avtomobillərinin yığılmasına başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl