Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Dövlətin ayırdığı 115 milyon manatın hara getdiyi məlum deyil”

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Dövlətin ayırdığı 115 milyon manatın hara getdiyi məlum deyil”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin lisenziyası ləğv olunmazdan öncə bankın sağlamlaşdırılmasına dövlət büdcəsindən 115 mln. manat ayrılıb, amma bu pulun hara getdiyi məlum deyil”.


Bunu bankın bu gün keçirilən Kreditorlar Komitəsinin iclasında qurumun sədri Əkrəm Həsənov deyib.

Reklam_3_11


“Ötən ilin may ayında “Bank Standard”ın sağlamlaşdırılmasına başlandığı elan olunub və ilkin mərhələdə Banka 15 mln. manat verilib. Növbəti mərhələdə isə Bankın menecmenti 100 mln. manat alıb. Bu pullar fiziki və hüquqi şəxslərin borcunun ödənilməsinə, eləcə də dövlət büdcəsi qarşısındakı öhdəliklərin yerinə yetirilməsinə yönəldilməli idi. Amma “Bank Standard”ın ləğvetmə planında bununla bağlı ətraflı məlumat verilməyib. Həmin 115 mln. manatla kimlərin pulunun ödənildiyi, necə xərcləndiyi məlum deyil. Bu qədər pul ayrılmasına baxmayaraq, Bankın öhdəlikləri azalmayıb, olduğu kimi qalıb”, - o qeyd edib.


OFİS LƏVAZİMATLARININ ƏN UCUZ SATILDIĞI MAĞAZALAR

 

Komitə sədri həmçinin bildirib ki, “Bank Standard”ın ləğv edilməsi ilə məşğul olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) bununla bağlı illik xərci 3 mln. manat nəzərdə tutulub:

 

“Bu pulun isə 70%-i işçilər üçün nəzərdə tutulub. Məncə, Fond nə qədər işçisi olması, onlara nə qədər maaş verilməsi ilə bağlı Komitəyə məlumat verməlidir. Çünki həmin pul “Bank Standard”ın əmlakından çıxır. Bəlkə ADIF-də əmək haqları həddindən çox yüksək məbləğdə müəyyən edilib? Özü də bu qurumun büdcəsini Maliyyə Bazarlarına Nəzarət Palatası müəyyən edir. Palatanın isə rəhbər şəxslərinin fantastik məbləğdə maaş alması barədə söz-söhbt var. Məsələn, qurumun Direktorlar Şurasının sədrinin ayda 65 min maaş aldığı deyilir. Bəlkə ADIF-də də belədir? Bütün bu məsələlərə aydınlq gətirilməlidir”.


İclas davam edir. 

 

© Report

27.07.2017 14:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ