Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Beynəlxalq Bank liderdir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bank liderdir

Azərbaycan Beynəlxalq Bankı 2017-ci ilin ilk rübündə VISA ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların həcminə görə lider olub. Bu barədə "Marja"ya Bankdan bildirilib.

 

Reklam_3_11

Bu münasibətlə bank VISA International şirkətinin xüsusi sertifikatına layiq görülüb.

 

Bank sektoru nümayəndələrinin, VISA-nın tərəfdaşlarının iştirakı ilə Bilgah Beach Hotelində keçirilən görüş-seminarda mükafat Azərbaycan Beynəlxalq Bankına təqdim olunub.

 

Xatlırladaq ki, Azərbaycan Beynəlxalq Bankı nağdsız ödəniş ənənələrini ilk dəfə ölkəmizə gətirən və bu ənənələrin daim inkişafına dəstək verən banklardandır. Aktiv ödəniş kartlarının sayı hazırda 1 milyon 300 mindən çox olan Bankın 760 ATM-i fəaliyyətdədir. Bu, Azərbaycanda ən böyük ATM şəbəkəsidir. Bundan başqa, müxtəlif ticarət və xidmət mərkəzlərində Azərbaycan Beynəlxalq Bankının 11 650 POS terminalı müştərilərin istifadəsindədir.

 

Elektron xidmət infrastrukturunu inkişaf etdirməklə Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə nağdsız ödənişlərin genişlənməsinə töhfə verməyə çalışır. “VISA PayWave” və “Mastercard PayPass” ödəniş texnologiyalarını dəstəkləyən təmassız ödəniş kartlarını ölkəmizdə ilk dəfə olaraq məhz Azərbaycan Beynəlxalq Bankı tətbiq etməyə başlayıb.

 

Eyni zamanda, “VISA International” şirkəti ilə müştərək şəkildə müştərilər üçün “Sıfır məsuliyyət” (Zero liability) siyasətinin ölkəmizdə ilk dəfə tətbiqi də məhz Azərbaycan Beynəlxalq Bankına məxsusdur.

27.07.2017 15:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ