Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

3 sığorta şirkətinin lisenziyası ləğv edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
3 sığorta şirkətinin lisenziyası ləğv edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 29 dekabr 2016-cı il tarixli qərarına əsasən “Buta Sığorta”, “Beynəlxalq Sığorta Şirkəti” və “Azərqarant Sığorta” ASC-lərə sığorta fəaliyyətinə verilmiş lisenziyaları sığortaçıların müraciətinə əsasən ləğv edilib. Bu barədə "Marja"ya Palatadan bildirilib.

 

Palatanın məlumatında qeyd olunur ki, sözügedən sığorta şirkətlərinin səhmdarlarının ümumi yığıncağı tərəfindən həmin sığortaçıların könüllü qaydada ləğv edilməsinə dair qəbul edilmiş qərarla bağlı Palataya müraciət daxil olmuşdur.

 

Palata, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.1-ci maddəsinə və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndinə əsasən “Buta Sığorta” ASC, “Beynəlxalq Sığorta Şirkəti” ASC və “Azərqarant Sığorta” ASC-yə sığorta fəaliyyətinə verilmiş lisenziyaları ləğv edib.

 

30.12.2016 09:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ