Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Porsche 22 min avtomobilini geri çağıracaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Porsche 22 min avtomobilini geri çağıracaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Almaniya nəqliyyat naziri Aleksandr Dobrindt, Porsche Cayenne-in 3 litrlik TDI modellərində emissiya dəyərlərini olduğundan aşağı göstərən qeyri-qanuni proqram istifadə edildiyini və 22 min avtomobilin geri çağırılacağını açıqlayıb.


 
"Marja" xəbər verir ki, Dobrindt, Berlində jurnalistlərə verdiyi açıqlamada, sözügedən avtomobillərin reyestrinin dayandırıldığını və Almaniyanın lüks avtomobil istehsalçısının Avropa daxilində 22 min avtomobili geri çağıracağını ifadə edib.

Reklam_3_11


 
TEXNİKİ TƏLƏBLƏRƏ UYĞUNDUR, QANUNLARA İSƏ YOX

 

Porscheun geri çağırma xərcini 100% qarşılayacağını bildirən Dobrindt, "Bu vasitələr, müasir emissiya nəzarət texnologiyası ilə təchiz olunmuşdur, bu səbəbdən bu vasitələrin texniki olaraq emissiya limitlərinə sadiq qaldıqlarını hesab edirik. Porsche-nin, proqram təminatını qanunlara uyğun hala gətirəcək bir mövqedə də olacağına inanırıq",- ifadələrini istifadə edib.


 
Digər tərəfdən, illərlə "Alman standartı" ilə məşhurlaşan və dünya miqyasında geniş bir müştəri potensialı yığan Almaniyanın aparıcı avtomobil markaları, son dövrlər emissiya sınaqlarında dəyəri aşağı göstərən hiyləgər proqram istifadə etdiklərinə görə gündəmdən düşmürlər.


 
İlk emissiya qalmaqalı,  Volkswagen, Audi, Porsche, Bentley, Lamborghini, Seat və Skoda brendlərinin daxil olduğu Volkswagen Qrupunda baş verib. Qrup, dizel vasitələrdə emissiyası testi qalmaqalı səbəbilə uzun müddət gündəmi məşğul etdi.


 
Sonra, sözügedən proqramın digər bəzi Alman avtomobillərində də istifadə edildiyi müəyyən edilib.

28.07.2017 06:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ