Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Mingəçevir Sənaye Parkının inşasında işlərin qızğın çağıdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mingəçevir Sənaye Parkının inşasında işlərin qızğın çağıdır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Hazırda Mingəçevir Sənaye Parkının inşasında işlərin qızğın çağıdır.

 

Reklam_3_11

Burada 9 fabrikin fəaliyyət göstərəcəyi nəzərdə tutulub. Pambıq iplik, akril iplik, yun iplik, corab məhsulları fabriki, ayaqqabı fabriki, tibbi kosmetika fabriki, toxuma fabriki, boyama fabriki və tikiş fabriki. Müəssisələr tam istehsal gücü ilə işləyəndə burada çalışanların sayı 5,5 min nəfərdən çox olacaqdır. Bu isə o deməkdir ki, möhtəşəm Sənaye Parkının fəaliyyətə başlaması sayəsində Mingəçevir şəhərində işsizlik problemi xeyli aradan qaldırılacaq.


Tikinti meydançasında Arif Mahmudovla görüşdük. Arif müəllim bütün varlığı ilə Mingəçevirə bağlı ziyalıdır. Sənaye Parkının inşasına rəhbərlik edənlərdən biridir. Arif Mahmudovun dedikləri:


- Hazırda tikilən Sənaye Parkının yerində sovet dövründə toxuculuq kombinatı yerləşirdi. Kombinat çox böyük idi. Burada 4 min işçi çalışırdı. Orada 31 il fasiləsiz işləmişəm. Usta köməkçisindən kombinatın direktoru vəzifəsinədək yol keçmişəm. Sağ olsunlar, dəvət ediblər gəlmişəm.

 

 Sənaye Parkı fəaliyyətə başlayandan sonra şəhərimizin iqtisadi potensialı daha da artacaq, Mingəçevirlilərin sosial durumu isə müqayisəedilməz dərəcədə yaxşılaşacaq. Bunu tikintidə çalışan inşaatçılar da yaxşı bilir və işi keyfiyyətlə görürlər. Özü də hər bir işi nəzərdə tutulan müddətdə.

 

© "Azərbaycan"

28.07.2017 06:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ