Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Qax xarici turistlərin diqqətində

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qax xarici turistlərin diqqətində
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Respublikamızın şimal-qərb bölgəsinin mirvarisi olan Qax özünəməxsusluğu ilə fərqlənir. 

 

Reklam_3_11

Şəki Regional Turizm və Mədəniyyət İdarəsinin Qax rayonu üzrə rəsmi nümayəndəsi Dilarə Əzizova bildirib ki, hər il rayonda yeni turizm məkanları istifadəyə verilir, turistlərə göstərilən xidmətin keyfiyyəti yüksəldilir:

 

“Artıq rayonumuzda turistlərə 12 turizm obyekti və onlarca digər obyektlər xidmət göstərir. Bunlara nümunə olaraq “Şəfa” istirahət və müalicə pansionatı, İlisu pansionatı, “Yaşıl park”, “Ulu”, “İmproteks”, “Ulu dağ” , “Səngər qala”, “Bergs”, “Kürmük” turizm-istirahət mərkəzləri, “Eden” park hotel və “El Resort” beşulduzlu hotel göstərilə bilər. Həmin müəssisələrdə yerlərin sayı artıq 1034-ə çatıb. Qiymətlər gündə 3 dəfə yeməklə bəzi obyektlərdə 30-35 manat arasında dəyişir. Qiymətlər hotelin dərəcəsinə, xidmətin növlərinə, keyfiyyətinə görə tənzimlənir. Mövsüm ərzində qiymətlərdə endirimlər də həyata keçirilir.

 

Yaradılan şərait, göstərilən yüksək xidmət sayəsində rayona gələn turistlərin sayı ildən-ilə artır. 2015-ci ildə rayona 24,1 min nəfər turist gəldiyi halda, 2016-cı ildə onların sayı 29,5 min nəfər olub. Bu ilin 6 ayı ərzində isə rayonu 11 min turist ziyarət edib”. 


Qaxda turizm mövsümi xarakter daşımır. Keçən il dekabr ayında “İlisu SnovTubinq” yay-qış turizm kompleksinin açılışı bu istiqamətdə həyata keçirilən ilk layihələrdəndir. Mövsüm ərzində bu məkanın xidmətindən yüzlərlə turist istifadə edib. 


Son illər keçirilən beynəlxalq tədbirlər, festivallar, sərgilər, idman oyunları Azərbaycana əcnəbi turistlərin axınına daha çox təkan verir. Təsadüfi deyil ki, 2015-ci ildə rayona gələn xarici turistlərin sayı 400 nəfər idisə, 2016-cı ildə bu rəqəm 600-ə yaxın oldu. Cari ilin birinci yarım ilində isə Qaxa 1000-dən çox xarici turist səfər edib". 

 

 

 

© "Azərbaycan"

28.07.2017 06:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ