Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

8 saatlığına dünyanın ən varlısı oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
8 saatlığına dünyanın ən varlısı oldu

Amerikanın elektron ticarət şirkəti Amazon-un bu ilin ikinci rübündə xalis mənfəətinin düşdüyünü açıqlamasının ardından şirkətin səhmləri kəskin azalıb.  Amazon-un qurucusu Cef Bezos (Jeff Bezos), "dünyanın ən varlı adamı" adını yalnız 8 saat qoruya bilib.
 

Dünən Nyu-York Birjasının açılması ilə  Amazon-un səhmləri 1,6 faiz bahalaşmış və şirkətin banisi və icraçı direktoru olan Bezosun sərvəti də 90,2 milyard dollara qalxmışdı.


 
Beləliklə, Microsoft-un banisi və 90 milyard dollarlıq  sərvəti olan 61 yaşındakı Bil Qeytsi (Bill Gates) geridə qoyan Bezos, "dünyanın ən varlı adamı" adını almışdı.
 

Ancaq, Nyu-York Birjasının bağlanmasının ardından Amazon-un səhmləri 3,2% dəyərdən düşüb. Nəticədə də Bezosun sərvəti geriləyib və "dünyanın ən varlı  adamı" tituluna yalnız 8 saat sahib ola bilib.

 

100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN


 
Forbes-in "Dünyanın Milyarderləri Siyahısına" görə, Birjanın bağlanmasının ardından Bezosun xalis aktivləri (sərvəti) 88,7 milyard dollara geriləyib, Gates də 89,8 milyard dollarlıq  sərvətilə yenidən siyahıda ilk yerə çıxıb.


 
İKİNCİ RÜB XALİS MƏNFƏƏTİ 77 FAİZ AZALIB
 

Amazon-un səhmlərinin dəyərdən düşməsinə şirkətin xalis mənfəətinin kəskin azalması səbəb olub.


 
"Marja" xəbər verir ki, Amazon-dan verilən açıqlamaya görə, şirkətin bu ilin ikinci rübündəki xalis mənfəəti, keçən ilin eyni dövrü ilə müqayisədə 77 faiz azalaraq 197 milyon dollara geriləyib. Şirkət, ötən ilin aprel-iyun dövründə 857 milyon dollar xalis mənfəətəldə etmişdi.


 
Digər tərəfdən, Amazon-un bu ilin ikinci rübündəki gəlirlərinin keçən ilin eyni dövrü ilə müqayisədə 25 faiz artımla 38 milyard dollara çatdığı qeyd edilib. Şirkət, keçən ilin aprel-iyun dövründə 30,4 milyard dollar cəmi gəlir açıqlamışdı.
 


Amazon-un xalis mənfəətinin azaldığı açıqlandıqdan sonra, Nyu-York birjasında aparılan məhdud əməliyyatlarda şirkət səhmləri 3,2 ucuzlaşaraq 1012 dollara qədər geriləyib.


 
Analitiklər, xalis mənfəətin kəskin azalması səbəbilə Amazon səhmlərində əsl ucuzlaşmanın bu gün baş verə biləcəyini xəbərdarlıq edirlər.

28.07.2017 06:34

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ