Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Twitter-in istifadəçilərinin sayı dəyişməyib, şirkət zərər edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Twitter-in istifadəçilərinin sayı dəyişməyib, şirkət zərər edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 ABŞ-ın beynəlxalq sosial şəbəkə şirkəti Twitter, bu ilin ikinci rübündə zərər etdiyini bildirib.


 
"Marja" xəbər verir ki, Twitter-dən verilən açıqlamada, şirkətin, bu ilin ikinci rübündə 116 milyon dollar zərər etdiyi qeyd olunub. Twitter, ötən ilin ikinci rübündə də 107 milyon dollar zərər açıqlamışdı.

Reklam_3_11


 
Açıqlamada, şirkətin bu ilin ikinci rübündəki gəlirlərinin də keçən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz azalaraq 574 milyon dollara düşdüyü qeyd edilib. Şirkət, keçən ilin aprel-iyun dövründə 602 milyon dollar gəlir əldə etmişdi.


 
Açıqlamada, fikirlərinə yer verilən Twitter-in  İcraçı direktoru Jack Dorsey, aylıq orta hesabla aktiv istifadəçi sayının bu ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 5 faiz yüksəldiyini bildirərək, gündəlik orta hesabla aktiv istifadəçi sayının da həmin dövrdə illik 12 faiz artım göstərdiyini bildirib.


 
Digər tərəfdən, açıqlamada, aylıq orta hesabla istifadəçi sayının bu ilin aprel-iyun dövründə, bu ilin yanvar-mart dövrü ilə müqayisədə, dəyişməyərək 328 milyonda qaldığı məlumatına yer verilib.


 
Twitter-in zərər etdiyini açıqlamasının ardından, şirkətin səhminin qiyməti Nyu-York Birjasında 14 faiz azalma ilə 16,85 dollara qədər geriləyib.

28.07.2017 06:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ