Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Vergilər ƏDV və gəlir vergisi üzrə proqnozları kəsir ilə icra edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergilər ƏDV və gəlir vergisi üzrə proqnozları kəsir ilə icra edib

 

Vergilər Nazirliyi xətti ilə vergi gəlirlərinin cari il üzrə müəyyən edilmiş proqnoz göstəricilərinə qarşı icrası ümumilikdə, eləcə də ayrı-ayrı tədiyyə növləri səviyyəsində əsasən artıqlaması ilə təmin edilmiş, əlavə dəyər vergisi üzrə kəsir mövcud olmuşdur.

 

“Marja” xəbər verir ki, bu barədə Hesablama Palatasının “2017-ci ilin altı ayı üzrə əsas makroiqtisadi göstəricilərin və büdcə parametrlərinin” təhlilində bildirilir.

 

İllik və yarımillik proqnozlara, müvafiq olaraq hüquqi şəxslərin mənfəət vergisi üzrə 56,2% və 129,1% səviyyəsində əməl olunmaqla 1 milyard 224 milyon 909,6 min manat, fiziki şəxslərin gəlir vergisi üzrə 42,8% və 98,4% səviyyəsində əməl olunmaqla 500 milyon 448,9 min manat, aksizlər üzrə 43,2% və 99,1% səviyyəsində əməl olunmaqla 223 milyon 643,1 min manat, sadələşdirilmiş vergi üzrə 48,3% və 110,9% səviyyəsində əməl olunmaqla 166 milyon 191,1 min manat, hüquqi şəxslərin əmlak vergisi üzrə  45,5% və 104,5% səviyyəsində əməl olunmaqla 81 milyon 14,4 min manat, mədən vergisi üzrə 51,5% və 118,2% səviyyəsindəəməl olunmaqla 57 milyon 166,7 min manat, Azərbaycan Respublikasının ərazisində istehsal edilərək, daxili istehlaka yönəldilən (topdan satılan) yanacağa yol vergisi üzrə 130,7% səviyyəsində və 3,0 dəfə əməl olunmaqla 94 milyon 131,8 min manat, hüquqi şəxslərin torpaq vergisi üzrə 45,2% və 103,9% səviyyəsində əməl olunmaqla 22 milyon 624,1 min manat, eyni zamanda əlavə dəyər vergisi üzrə 30,0% və 68,8% səviyyəsində əməl olunmaqla 749 milyon 56,8 min manat məbləğində vəsait dövlət büdcəsinə daxil olmuşdur.

 

Hüquqi şəxslərin mənfəət vergisinin və əlavə dəyər vergisinin tərkibində illik və yarımillik proqnozlara, müvafiq olaraq rezidentlərin mənfəət vergisi üzrə 35,2% və 80,9% səviyyəsində əməl olunmaqla 280 milyon 284,1 min manat, rezidentlərin əlavə dəyər vergisi üzrə isə illik və yarımillik proqnozlara 29,2% və 67,0% səviyyəsində əməl olunmaqla 667 milyon 848,6 min manat vergi məbləğinin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir.

 

Eyni zamanda, Vergilər Nazirliyi xətti ilə dövlət büdcəsinə təmin edilmiş vergi olmayan gəlirlər üzrə proqnozlar da əsasən artıqlaması ilə yerinə yetirilmşdir.

 

Daxilolmaların həcmi qiyməti tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən büdcəyə ödənişlər üzrə 122 milyon 44,3 min manat təşkil etməklə illik və yarımillik proqnozlar, müvafiq olaraq 64,6% və 148,2%, dövlət rüsumu üzrə 45 milyon 872,9 min manat təşkil etməklə illik və yarımillik proqnozlar, müvafiq olaraq 43,7%və 100,3%, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilən maliyyə sanksiyalarından və inzibati cərimələrdən ibarət olan sair daxilolmalar üzrə 63 milyon 750,4 min manat təşkil etməklə illik və yarımillik proqnozlar, müvafiq olaraq 70,8% və 162,6%, dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən icarə haqqı üzrə 1 milyon 521,4 min manat təşkil etməklə illik və yarımillik proqnozlar, müvafiq olaraq 19,0% və 43,7% səviyyəsində icra olunmuşdur.

 

Nazirlik tərəfindən dövlət büdcəsinə təmin olunan əsas gəlir mənbələrindən əvvəlki ilin I yarımilliyinə nisbətən cari ilin I yarımilliyində əlavə dəyər vergisi 104 milyon 869,9 min manat və ya 12,3%, aksizlər 27 milyon 768,8 min manat və ya 11,0%, hüquqi şəxslərin torpaq vergisi 621,3 min manat və ya 2,7%, fiziki şəxslərin gəlir vergisi 82 milyon 350,0 min manat və ya 14,1%, dövlət rüsumu 3 milyon 539,6 min manat və ya 7,2%, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilən maliyyə sanksiyalarından və inzibati cərimələrdən ibarət olan sair daxilolmalar 62 milyon 977,4 min manat və ya 50,4%, dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən icarə haqqı 1 milyon 486,0 min manat və ya 49,4% azalmışdır.

 

Eyni zamanda, hüquqi şəxslərin mənfəət vergisi 296 milyon 244,0 min manat və ya 31,9%, mədən vergisi 5 milyon 462,0 min manat və ya 10,6%, hüquqi şəxslərin əmlak vergisi 1 milyon 780,9 min manat və ya 2,2%, Azərbaycan Respublikasının ərazisində istehsal edilərək, daxili istehlaka yönəldilən (topdan satılan) yanacağa yol vergisi 60 milyon 423,5 min manat və ya 2,8 dəfə, sadələşdirilmiş vergi 27 milyon 893,7 min manat və ya 20,2%, qiyməti tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən büdcəyə ödənişlər 55 milyon 150,1 min manat və ya 82,4% artmışdır.

 

2017-ci ilin yanvar-iyun ayları ərzində Vergilər Nazirliyi üzrə müəyyən edilmiş 7 milyard 510 milyon manat məbləğində illik və 3 milyard 271 milyon 173  min manat məbləğində yarımillik proqnozlar, müvafiq olaraq 44,6% və 102,5% səviyyəsində icra olunaraq 3 milyard 352 milyon 375,6 min manat məbləğində vəsaitin dövlət büdcəsinə daxil olması təmin edilmişdir.

28.07.2017 09:34

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ