Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Adambaşına 1232 manat xarici dövlət borcu düşür

iç səhifə xəbər başlığı altı (mobil)_31
Adambaşına 1232 manat xarici dövlət borcu düşür
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Operativ məlumatlara əsasən 1 iyul 2017-ci il tarixinə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə ümumilikdə 11,2 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalanmışdır ki, bu 1 yanvar 2017-ci il tarixə vəziyyətlə müqayisədə 285,4 mln. ABŞ dolları və ya 2,6% çoxdur.

 

Reklam_3_11

“Marja” Palataya istinadən xəbər verir ki, borclu təşkilatların təqdim etdiyi operativ məlumatlara əsasən, həmin kredit sazişləri əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycan Respublikasının xarici dövlət borcunun ümumi məbləği 2017-ci ilin 6 ayı ərzində 193,5 mln. ABŞ dolları və ya 2,8% artaraq 7,1 milyard ABŞ dolları təşkil etmişdir.

 

İstifadə olunmuş və dövlət borcu hesab edilən kreditlərə görə xarici dövlət borcu ümumi daxili məhsulun 18,2%-nə bərabər olmuş, adambaşına düşən xarici dövlət borcu isə 1232,1 manat təşkil etmişdir.

 

 01 iyul 2017-ci il tarixi vəziyyətinə xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olmuşdur:

 

XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 7,6%;

ABŞ dolları ilə – 75,4%;

avro – 13,0%;

yapon yeni – 2,5%;

digər valyutalar üzrə isə 1,5%.

 

Ölkəyə cəlb edilmiş kreditlərin 32,0%-ni sabit dərəcə ilə olan kreditlər, 68,0%-ni isə dəyişkən dərəcə ilə olan kreditlər təşkil etmişdir.

 

Xarici dövlət borcunun 57,9 %-i hesabat dövründən sonra 10 ilə qədər olan müddətdə, 12 38,0%-i 10 ildən 20 ilə qədər olan müddətdə, 4,1%-I isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

 

01 iyul 2017-ci il tarixinə operativ məlumatlara əsasən 2017-ci ilin 6 ayı ərzində dövlətin daxili borcu 431,4 mln. manat və ya 35,1% azalaraq 798,7 mln. manat təşkil etmişdir.

 

Təqdim olunmuş məlumatlara əsasən daxili dövlət borcunun təqribən 303,3 mln. manatı, xarici dövlət borcu üzrə isə təqribən 549,0 mln. manatı şərti öhdəlik kimi qeydə alınmışdır.

28.07.2017 09:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ