Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Pakistanın Baş naziri "ofşor şirkətlərə görə" vəzifəsindən azad edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Pakistanın Baş naziri "ofşor şirkətlərə görə" vəzifəsindən azad edildi

Pakistanda Baş Nazir Navaz Şərifin vəzifədən uzaqlaşdırılmasına qərar verilib.


 
Pakistanını Konstitusiya Məhkəməsi, ailə üzvlərindən bəzilərinin Panama sənədləri ilə ortaya çıxan korrupsiyaya qarışdığı səbəbilə Baş nazir Navaz Şərifin vəzifədən uzaqlaşdırılmasına qərar verib.


 
"Marja" xəbər verir ki, Şərif, Konstitusiya Məhkəməsinin qərarından sonra istefa verdiyini açıqlayıb.


 
Məhkəmə həmçinin, maliyyə naziri Muhammad Ishaq Dari və Pakistan Milli Məclisinin üzvü və Baş nazir Navaz Şərifin kürəkəni Muhammad Safdar Awanı da vəzifəsindən uzaqlaşdırıb.


 
 Qərar 5 üzvlü məhkəmə tərəfindən yekdilliklə qəbul olunub.

 

ŞƏRİF İTTİHAMLARI RƏDD ETMİŞDİ


 
Konstitusiya Məhkəməsi tərəfindən vəzifəsindən çıxarılan Navaz Şərif, haqqındakı ittihamları tamamilə rədd edirdi. Üç dövr Pakistanın Baş naziri olan Şərifin vəzifə müddətinin başa çatmasına 1 ildən az bir müddət qalmışdı. Şərif, 1990-1993 və 1997-1999 illəri arasında da baş nazirlik etmiş, son olaraq 2013-də yenidən baş nazir seçilmişdi.


 
Pakistanda bu ana qədər heç bir mülki baş nazir, vəzifə müddətinin sonuna qədər kreslonu qoruyub saxlaya bilməyib. Mövzu ilə bağlı ölkə ikiyə bölünüb.  


 
Navaz Şərif haqqındakı korrupsiya sənədləri, aylardır ölkənin ən əhəmiyyətli gündəm maddələrindən biri idi. Paytaxt İslamabadda Konstitusiya Məhkəməsinin qərarı açıqlanmadan əvvəl güclü təhlükəsizlik tədbirləri görülmüşdü.

 

ŞƏRİF HAQQINDAKI İTTİHAMLAR NƏYİ EHTİVA EDİR?
 

Navaz Şərif və ailəsi haqqında korrupsiya araşdırması, Panamada yerləşən bir hüquq firmasından sızan Şərifin uşaqlarının ofşor şirkətlər üzərindən Londonda bir çox lüks mənzil aldığını göstərən sənədlərlə birlikdə başlayıb.


 
Sənədlərin gündəmə gəlməsi Pakistanda qızğın reaksiyaya səbəb olub və Şərifi siyasi vəzifəsini şəxsi sərvət əldə etmək üçün istifadə etməklə günahlandıran müxalifət Baş nazirin istefa verməsini istəyirdi.. Panama sənədlərində adı keçməyən Navaz Şərif isə ittihamları rədd edərək, müxalifətin siyasi motivasiya ilə hərəkət etdiyini söyləmişdi.

28.07.2017 11:21

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ