Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Facebook TV xidmətini istifadəyə verməyə hazırlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Facebook TV  xidmətini istifadəyə verməyə hazırlaşır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sosial media nəhəngi özünəməxsus TV-si ilə yayıma girməyə hazırlaşır. İçərisində orijinal videoların da olacağı xidmət ilə Facebook reklam tortundan pay almağı hədəfləyir. 

 

Reklam_3_11

"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, Facebook, tərəfdaşlarından orijinal videoların ilk hissələrini tələb etməyə başlayıb. 


 
70 MİLYARD DOLLARLIQ REKLAM TORTU
 

Facebook, layihənin təxminən bir ay əvvəl hazır olmasını gözləyərkən, müxtəlif gecikmələr səbəbindən müddət uzanıb. 70 milyard dollarlıq TV reklam piroqundan pay almaq istəyən şirkət, TV xüsusiyyətini istifadəçilərin səhifələrində videolardan ayrı bir bölmədə göstərəcək.


 
Yeni TV bölməsi, 2 milyard istifadəçiyə Facebookun hazırladıqları ilə yanaşı, istifadəçilərin yaratdığı videoları da təqdim edəcək. Şirkət, Youtube-dan daha inkişaf etmiş videolar təqdim etməyi hədəfləyir, ancaq bu vidoların  Netflix, HBO, Showtime kimi şirkətlərin hazırladıqları səviyyəsində olmayacağı güman edilir.
 

Facebook, TV xidməti üçün 2016-da CollegeHumor-un banisi Ricky Van Veen, keşmiş MTV rəhbəri Mina Lefevre kimi adları işə götürüb. Şirkətin biznes ortaqlarından bəziləri Group Nine Media, BuzzFeed, ATTN, Vox Media-dır.

28.07.2017 12:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ