Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Ən gənc üzvü 75 yaşında olan start-up

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ən gənc üzvü 75 yaşında olan start-up
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Infosci", kiber hücumları əngəlləyəcək sistem üzərində çalışan və investor axtarışında olan bir təşəbbüs (start-up) şirkətidir. "Infosci"ni fərqləndirən isə qurucularının (banilərinin) yaşının 75 ilə 80 arasında olmasıdır.


 
"Marja"nın xəbərinə görə, təsisçilərdən 75 yaşlı John Ellingson, lisey məzunu bir iş adamıdır.

 

Qrupun ən yaşlısı Phil Dean 30 il ABŞ Mərkəzi Kəşfiyyat Təşkilatında (CİA) terrorla mübarizə ofisində çalışıb və tək təkərli velosiped istifadə etməyi sevir.

 

Cinayətkarları müəyyən etməkdə ixtisaslaşmış vəkil olan John Kittelberger  isə 75 yaşındadır.


 
"Infosci", 2014-cü ildə ABŞ Personal Bürosuna (OPM) həyata keçirilən və 22 milyon amerikalının sosial müdafiə nömrələri ilə yeni və köhnə bütün işçilərin şəxsi məlumatlarının oğurlandığı kiber hücuma bənzər bir hücuma qarşı müdafiə təmin edəcək sistem üzərində çalışır.


 
Hackerler, OPM hücumunda, Büro işçilərinin bildiyi gizli kodları bilən etibarlı admin kimi davranıb sistemə sızmışdılar. "Infosci", bu kodları saniyədə min dəfə dəyişə bilən bir proqram inkişaf etdirir.


 
Təhlilçilərə görə, dövlətin təhlükəsizlik əməliyyatlarında təcrübə toplamış şəxsin "Infosci"nin təsisçilərindən biri olması bu şirkəti digərlərindən fərqləndirir.  


 
Ailə, dostlar və IT şirkəti "Nuvitek"dən aldığı 650 min dollar sərmayə ilə işləyən "Infosci"nin "gənc oğlanları" 1 Avqustda patent almağı gözləyirlər. Şirkətin əsas hədəfi isə "Dell" və ya "Google"ın sahibi Alphabet kimi sektorunun nəhəngləridir.


 
Foto: (Soldan sağa) John Ellingson, Phil Dean, John Kittelberger və investor John Monett. 

28.07.2017 13:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ