Almaniya şirkəti Sumqayıtda zavodunu açacaq
Avtomobil ehtiyat hissələri istehsalı yaradıla bilər
İyulun 27-də İqtisadiyyat naziri Şahin Mustafayev Almaniyanın “TEMCO Group” şirkətinin rəhbəri Frank Templinlə görüşüb.
"Marja" xəbər verir ki, nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, aparılan iqtisadi islahatlar, biznes və investisiya mühiti, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən təbdirlər barədə məlumat verib.
Görüşdə qarşılıqlı iqtisadi əməkdaşlıq, alman investisiyalarının Azərbaycan iqtisadiyyatına cəlb edilməsi, eləcə də Sumqayıt Kimya Sənaye Parkında avtomobil sənayesi üçün plastik tərkibli ehtiyat hissələri istehsalının yaradılması barədə müzakirələr aparılıb.
Vurğulanıb ki, plastik tərkibli ehtiyat hissələri istehsalının təşkili üçün Sənaye Parkında xammal potensialı mövcuddur, Azərbaycanın əlverişli coğrafi mövqeyi və ticarət rejimi istehsal olunan məhsulların region ölkələrinin bazarlara ixrac imkanları yaradır.
Görüş zamanı Sumqayıt Kimya Sənaye Parkında peşə tədrisinin Almaniya təcrübəsi əsasında inkişafı da müzakirə olunub.
Görüşdə Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauser də iştirak edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
5 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
5 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
6 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
6 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 6 saat əvvəl
-
7 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
7 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 7 saat əvvəl
- 7 saat əvvəl