Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda torpaq sahələri ən baha satılan rayonlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda torpaq sahələri ən baha satılan rayonlar

Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da daşınmaz əmlaka, o cümlədən torpaq sahəsi almağa xüsusi maraq var.

 

Torpaq almaq istəyənlər seçimdə daha çox Bakı və Bakıətrafı ərazilərə üstünlük verirlər. Amma yay fəslinin gəlməsi ilə rayonlarda da torpaq almaq istəyənlərin sayında artım hiss olunur. Bəs görəsən rayonlarda torpağın qiyməti neçəyədir? Daha çox hansı rayonlara maraq var?

 

Məsələ ilə bağlı danışan Azərbaycan Qiymətlənlədiricilər Cəmiyyətinin sədri, daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı bildirib ki, Bakıdan fərqli olaraq rayonlarda torpaq qiymətləri ucuzdur.

 

“Bələdiyyə qiymətləri ilə götürsək, bəzi rayonlarda 1 sot üçün qiymət 200 manatdan başlayır. Bəzi rayon ərazilərində fərdi yaşayış evinin tikintisi üçün torpağın 1 sotunun qiyməti 500-1000 manat arasında dəyişir.

 

Quba, Qəbələ və Lənkəranda isə qiymətlər həddən artıq yüksəkdir. Qiymətləri təqribən götürsək, bu rayonlarda torpağın sotu 1000-2500 manat arasında dəyişir. O rayonlar ki, turistik baxımdan cəlbedicidir, fərdi yaşayış evinin tikintisi üçün əlverişli imkanlar var, şəhərə məsafəcə daha yaxındır, orada torpaq qiymətləri daha bahadır.

 

Bəzi istisna rayonlar var ki, orada torpağın bir sotu 10000 manata çatır. Fərdi yaşayış evlərinin tikintisi üçün təklif olunan qiymətlərə gəlincə, ən baha qiymətlər Quba, Lənkəran və Qəbələ rayonlarında qeydə alınır. Amma Şəmkirin bir kəndində qeydə alınan torpaq qiyməti hər üç rayondakı qiymətdən dəfələrlə bahadır. Orada torpağın bir sotunun qiyməti 10000 manata yaxındır. Dediyim kimi bu istisnadır. Bu da ondan irəli gəlir ki, həmin ərazidə torpağa tələb yüksəkdir, xüsusilə imkanlı insanların yaşadığı bir ərazidir. Həmin kənddə tələb yüksək olduğu üçün qiymət bahadır.

 

Yay aylarında tələb çox olduğu üçün həmin rayonlarda qiymət pik həddə çatır, qeyri-mövsüm aylarında isə qiymət azalması müşahidə olunur. Pik hallarda bazara bir sotu 2500 manata təklif olunan torpaq adi hallarda çox ucuz qiymətə təklif olunur”.

 

Ekspertin sözlərinə görə, son illərdə kənd təsərrüfatı tipli torpaqların alqı-satqısı bir qədər çətinləşib.

 

”Kənd təsərrüfatı məqsədilə istifadə edilən torpaqlar daha çox icarəyə götürülür, nəinki alınır. Bəzi rayonlarda belə torpaqların 1 hektarının 1 illik icarəsi 100-150 manat olur. Elə ərazilər var ki, orada torpağın 1 hektarının icarəsini 30 manata da tapmaq olur. Qiymətlər ərazilərə görə dəyişir”.


R.Osmanlı bildirib ki, paytaxtın bəzi ərazilərində torpağın sotunun qiyməti 1 milyon manata olur.

 

“Təbii ki, bu, şəhərin mərkəzi ərazilərindədir. Böyük ölçülü torpaqlara gəldikdə isə, demək olar ki, yoxdur. Böyük ölçülü torpaqlar əsasən şəhərətrafı qəsəbələrdə olur. Amma ümumilikdə götürəndə ən yüksək qiymət şəhər mərkəzində 1 sotu 300 min manata qeydə alınıb. Həmin torpaq sahəsi Nəsimi rayonu ərazisində yerləşir. Səbail rayonunda elə yerlər var ki, orada torpaq kvadratla təklif olunur. Onun sotu 1 milyon manata gəlib çıxır. Bakıda ən ucuz torpaq isə şəhər mərkəzindən uzaq olan bağ massivlərində olur. Həmin ərazilərdə torpağın 1 sotu təxmini 1500 manata başa gəlir. Bunlar daha çox Pirallahı və Xəzər rayonlarında ucqar ərazilərdə yerləşir”.

 

© Modern.az

28.07.2017 13:20

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ