Sadələşdirilmiş vergini kimin ödəyəcəyi dəqiqləşdi
Bu gün Milli Məclisin payız sessiyasının son plenar iclasında “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə olunub. Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanuna dəyişikliklərlə bağlı məlumat verib.
Onun sözlərinə görə, Vergi Məcəlləsinin 221.4.3-cü maddəsində hər iki halda "icarə müqaviləsi" sözləri "icarə və ya digər əşya hüquqlarına dair müqavilə" sözləri ilə əvəz edilməsi təklif edilir. Bununla da, vəkalətnamə (etibarnamə) və icarə müqaviləsi ilə yanaşı, digər əşya hüquqlarına dair müqavilə əsasında istifadə edilən avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımaları həyata keçirildikdə sadələşdirilmiş verginin ödənilməsinə nəqliyyat vasitəsini vəkalətnamə (etibarnamə) və ya icarə müqaviləsi ilə idarə edən şəxslər məsuliyyət daşıyırlar. Bütün digər hallarda sadələşdirilmiş verginin ödənilməsinə avtomobil nəqliyyatı vasitəsinin sahibi məsuliyyət daşıyır.
Bundan başqa, "İcbari sığortalar haqqında", "Notariat haqqında", “Yol hərəkəti haqqında" və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər barədə məlumat verilib. Bildirilib ki, bu qanunlarda dəyişiklik “Avtomobil nəqliyyatı haqqında” qanuna uyğunlaşdırmaq məqsədi daşıyır.
Layihələr səsə qoyularaq qəbul edilib.
©APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 28 d. əvvəl
- 31 d. əvvəl
-
55 d. əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan dövləti 2024-cü ilin ilk 3 ayında 1 milyard 88 milyon manat borc ödəyib
- 1 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
19 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 20 saat əvvəl