Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Facebook dünyanın ən dəyərli 4-üncü şirkəti oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Facebook dünyanın ən dəyərli 4-üncü şirkəti oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın sosial media şirkəti Facebook, elektron ticarət şirkəti Amazon-u geridə qoyaraq, bazar dəyəri baxımından dünyanın ən iri şirkətləri arasında 4-üncü sıraya yüksəlib.
 


"Marja" xəbər verir ki, Nyu-York Birjasından toplanmış məlumatlara görə, Facebook-un bir səhminin dəyəri dünən 170,44 dollardan bağlamasının ardından bu gün 0,7 faiz artımla 171,58 dollara yüksəlib. Beləliklə, şirkətin bazar dəyəri də 497 milyard dollara çatmışdır.

Reklam_3_11


 
Digər tərəfdən, dünən bu ilin ikinci rübündəki xalis mənfəətində azalma olduğunu açıqlayan Amazon-un səhmləri dünəni 1046.00 dollardan bağlanmasının ardından bu gün 1008,80 dollara geriləyərək, 3,5% azalma qeyd edib. Amazon-un bazar dəyəri də 482 milyard dollara geriləyib.


 
Beləliklə, bazar dəyərilə Amazon-u geridə qoyan Facebook, dünyanın ən dəyərli 4-üncü şirkəti mövqeyinə yüksəlib.
 


Dünən, Amazon-un ikinci rüb balansının müsbət çıxacağı gözləndiyinə görə şirkətin səhmlərində artım görülmüş, şirkətin banisi və rəhbəri (İcraçı Direktoru) olan Cef Bezos da dünyanın ən varlı adamı siyahısında birinci yerə çıxmışdı.


 

Ancaq, şirkətin bu ilin ikinci rübündəki xalis mənfəətinin, keçən ilin eyni dövrü ilə müqayisədə 77 faiz azalma qeyd etdiyini açıqlamasının ardından, Bezos təkrar ikinci sıraya geriləyib və siyahıdakı liderliyi yalnız 8 saat davam etmişdi.
 


Forbes-in "Dünyanın Milyarderləri Siyahısına" görə, Facebook-un İcraçı direktoru 33 yaşlı Mark Zuckerberg, bu gün  71,5 milyard dollarlıq sərvətiylə dünyanın ən varlı 5-inci adamıdır. O ən gənc milyarderdir.

28.07.2017 20:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ