Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

ExxonMobil-in gəliri və mənfəəti artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ExxonMobil-in gəliri və mənfəəti artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın ən böyük neft şirkəti ExxonMobil-in, ilin ikinci rübündə xalis mənfəət və gəlirlərinin artdığı bildirilib.
 


"Marja" xəbər verir ki, ExxonMobil-dən verilən açıqlamada, şirkətin ikinci rübdəki gəlirinin, keçən ilin eyni dövrünə nisbətən 9 faiz artaraq 62,88 milyard dollara yüksəldiyi bildirilib. Şirkət, 2016-nın ikinci rübündə 57,69 milyard dollar gəlir əldə etmişdi.

Reklam_3_11


 
Açıqlamada, şirkətin ikinci rübdəki xalis mənfəətinin də ötən ilin eyni dövrü ilə müqayisədə 97 faiz artımla 3,35 milyard dollara çatdığı qeyd edilib. ExxonMobil, keçən ilin aprel-iyun dövründə 1,7 milyard dollar  xalis mənfəət əldə etmişdi.
 


Şirkətin, ötən ilin ikinci rübündə bir səhmə düşən mənfəəti 0,41 dollar ikən, sözügedən göstərici bu ilin analoji dövründə 0,78 dollara çatıb.


 
Açıqlamada fikirlərinə yer verilən ExxonMobil-in rəhbəri Darren W. Woods, ilin ikinci rübündə artım göstərən xam neftin qiymətlərinə işarə edərək, bunun balansa müsbət təsir etdiyini qeyd edib.


 
Digər tərəfdən, ExxonMobil-in ikinci rüb xalis mənfəət və gəlirinin bazar gözləntilərindən aşağı çıxmasının ardından, şirkətin Nyu-York Birjasında əməliyyat görən səhmləri bu gün 1,7 faiz azalma ilə 78,27 dollara qədər geriləyib.

29.07.2017 06:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ