Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan Beynəlxalq Bankından körpələrə hədiyyə

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Beynəlxalq Bankından körpələrə hədiyyə

Nargis Fund” və “Amapola Exclusive Events” şirkətinin təşkil etdiyi “Soyuq əllər, isti ürək” adlı Yeni il Xeyriyyə Yarmarkasının sponsorlarından olan Azərbaycan Beynəlxalq Bankı yarmarka çərçivəsində uşaq evlərinin sakinlərinə maraqlı sürpriz edib. “İnter” Peşəkar İdman Klubunun futbolçularının iştirakı ilə onlar üçün futbol məşqləri keçirilib.

 

Futbolçular balacalara əvvəlcə məşq və təlimlər haqqında məlumat verib, onlara necə məşq etmək lazım olduğunu nümayiş etdiriblər. Sonra uşaqlar arasında oyun keçirilib. Ən fəal iştirakçılara futbol topu və qapıçı əlcəyi hədiyyə edilib. Azərbaycan Beynəlxalq Bankı uşaq evlərindən yarmarkaya ziyarətə gəlmiş körpələrə ölkəmizdə yaşayan müxtəlif xalqların nağıllarının toplandığı kitablar da bağışlayıb. Bank yarmarka çərçivəsində bu cür aksiyaları davam etdirəcək.

 

Hər il ənənəvi qaydada təşkil olunan “Soyuq əllər, isti ürək” adlı Yeni il Xeyriyyə Yarmarkasının məqsədi sağlamlıq problem olan körpələrin müalicəsinə dəstək verməkdir. Yarmarka müddətində ziyarətçilərə Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri, keçirilən kampaniyalar haqqında da ətraflı məlumat verilir, onların sualları cavablandırılır.

36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və *8937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.

30.12.2016 11:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ