Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Şimali Koreya təhdidinin artmasına görə Çin və Rusiya məsuliyyət daşıyır”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Şimali Koreya təhdidinin artmasına görə Çin və Rusiya məsuliyyət daşıyır”

ABŞ dövlət katibi Reks Tillerson Şimali Koreyanın artan təhdidlərinə görə məsuliyyəti Çin və Rusiyanın boynuna qoyub.


 
Bbu barədə Dövlət Departamentinin Şimali Koreyanın yeni raket sınağı ilə əlaqədar yaydığı rəsmi bəyanatda deyilir.   

Reklam_3_11


 
“Şimali Koreyanın nüvə proqramının və ballistik raket proqramlarının əsas iqtisadi dəstəkçiləri olaraq Çin və Rusiya regional və qlobal təhlükəsizliyə qarşı artan təhdidlərə görə müstəsna və xüsusi məsuliyyət daşıyır”, - deyə açıqlamada bildirilir.  


 
R. Tillerson bütün ölkələri Pxenyana qarşı BMT sanksiyalarının gücləndirilməsini dəstəkləməyə çağırıb. O bildirib ki, Vaşinqton Koreya yarımadasının dinc yolla nüvəsizləşdirilməsinə tərəfdardır və heç vaxt Şimali Koreyanın nüvə silahı əldə etməsi ilə razılaşmayacaq.
 


Xatırladaq ki, iyulun 29-na keçən gecə Şimali Koreya Yapon dənizindəki Hokkaydo adası istiqamətinə ballistik raket atıb. Pxenyan ilk dəfə gecə vaxtı raket sınağı keçirib.  

 

© APA

29.07.2017 08:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ