Azərbaycanın iri bankı arxiv avadanlığı almaq istəyir
“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) mərkəzləşdirilmiş arxiv üçün modul tipli kompakt arxiv avadanlığının satın alınması məqsədi ilə açıq tender elan edib.
Tenderdə iştirak haqqı 100 manatdır.
İddiaçılar ilkin sənədləri avqustun 31-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını sentyabrın 11-nə qədər ABB-nin Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər.
Əlaqələndirici şəxslər Emin İbrahimov (Telefon: (012) 493 00 91, daxili 2700, 2703, e-poçt: [email protected]) və Nərminə Kərimlidir (Telefon: (012) 493 00 91 (daxili 2305), e-poçt: [email protected]).
Təkliflərə sentyabrın 12-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 241,287 mln. manatdır. Bankın səhmlərinin 76,73%-u Maliyyə Nazirliyinə, 14,56%-i problemli aktivlərin idarə edilməsi ilə məşğul olan “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 3,76%-i Əmlak Məsələləri Dövlət Komitəsinə, 04%-i 13 qeyri-dövlət müəssisəsinə, 4,55%-i isə 1 759 fiziki şəxsə məxsusdur.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 19 saat əvvəl
-
20 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 23 saat əvvəl
-
23 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
23 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
1 gün əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
1 gün əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl