Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bakıda “Gəzər bazar” fəaliyyətə başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda “Gəzər bazar” fəaliyyətə başlayıb

Məhsulların qiyməti mövcud qiymətlərlə müqayisədə 20 faiz ucuzdur.


 

Reklam_3_11

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC yerli istehsalı dəstəkləmək məqsədi ilə səyyar satış sistemi bu həftədən fəaliyyətə başlayıb.

 

ASC-dən “Marja”ya daxil olmuş məlumata görə, “Gəzər bazar” tanıdıcı loqosu ilə təqdim olunan səyyar satış yük avtomobilləri fermerlərdən tədarük olunmuş məhsulları həftəsonu yarmarkalara çıxarıb.

 

Altı ədəd yük avtomobili vasitəsi ilə 30 tona qədər məhsul Xətai rayonu, Bakı kinoteatrının qarşısındakı, Binəqədi rayonu, “Elit” Ticarət mərkəzinin arxasındakı və Sumqayıt şəhərində təşkil olunmuş yarmarkalarda satışa təqdim olunub. Səyyar satış avtomobilləri sabah da adıçəkilən yarmarkalara kənd təsərrüfatı məhsulları çıxaracaq. Məhsulların qiyməti mövcud qiymətlərlə müqayisədə 20 faiz ucuzdur.

 

Bazar ertəsindən etibarən isə “Gəzər bazar” avtomobilləri paytaxtın bütün rayonlarında satış prosesinə başlayacaq.

 

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC bir müddət əvvəl şəxsi yük avtomobili olan şəxsləri və dükan sahiblərini əməkdaşlığa dəvət etmişdi. Marağı olan şəxslər müraciət edə bilər.

 

Səhmdar Cəmiyyət tərəfindən tətbiq ediləcək güzəştlər:

 

- Müvafiq icra hakimiyyəti orqanları tərəfindən səyyar satış üçün tələb olunan xüsusi icazələrin alınması;

 

- Növündən asılı olmayaraq məhsulların topdansatış qiymətinə verilməsi.

 

Maraqlananların daha geniş məlumat almaları və müqavilə bağlamaları üçün aşağıdakı ünvana müraciət etmələri xahiş olunur.

 

Ünvan: “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti, Bakı ş., Qaradağ rayonu, Lökbatan q., Xocahəsən yolu 57 (Meyvəli Loqistika Mərkəzi). Əlaqə telefonu: 012 555 04 14

29.07.2017 12:53

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ