"iPhone 8-dən güclü olacaq"
"Huawei" şirkəti bu ilin payızında "Mate 10" modelini bazara çıxaracağı gözlənilir.
"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, "Huawei"nin İcraçı direktoru Riçard Yu, "Mate 10" adını təsdiqləyib və telefonun sentyabrda təqdim ediləcəyini və Apple şirkətinin "iPhone 8" modelindən daha güclü olacağını söyləyib.
Yu, "Mate 10"un "tam boy ekran ilə daha uzun batareya ömrünə, daha sürətli enerji doldurma imkanına, daha yaxşı kameraya və Apple ilə rəqabət etməyi təmin edəcək digər xüsusiyyətlərə malik olacaığını" əlavə edib.
Android telefonları texniki xüsusiyyətlər baxımından Apple-ın iPhone-undan daha güclü olurlar.
İPHONE-DA PROSESSOR VƏ YADDAŞ DAHA ZƏİFDİR
Apple əsasən telefonlarında daha az nüvəli prosessor və daha az yaddaş qoyur. Bir çox Android telefon isə daha çox satış rəqəminə çatmaq üçün rəqiblərilə texniki xüsusiyyət yarışına girib.
Məsələn, "Apple"ın hazırkı ən güclü telefonu olan "iPhone 7 Plus"da 2,34 GHZ sürətində dörd nüvəli A10 prosessor və 3 GB əməliyyat yaddaşı mövcuddur. Digər tərəfdən, "Moto Z2 Force", "Sony Xperia XZ Premium", "HTC U11" və "OnePlus 5"in hamısı səkkiz nüvəli prosessora və ən az 4 GB (bəziləri 6 GB, hətta 8 GB) əməliyyat yaddaşına malikdirlər.
SENTYABRDA TƏQDİM EDİLƏCƏYİ GÖZLƏNİR
"Huawei"nin "Mate 10"a güclü bir prosessor və böyük yaddaş əlavə etməsi, bu baxımdan məntiqlidir. "Apple"ın "iPhone 8"də istifadə edəcəyi , "iPhone 7s" və "iPhone 7s Plus"da istifadə etdiyi miqdardan çox olması ehtimalı isə yüksəkdir. Şirkət, sentyabrda Berlində keçiriləcək "IFA 2017" elektronika sərgisində "Mate 10"u təqdim edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
11 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 12 saat əvvəl
-
12 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
13 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl